Huawei Mate 20 seriyası: EMUI 9 – ən təmiz səs effektləri – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Huawei Mate 20 seriyası: EMUI 9 – ən təmiz səs effektləri – FOTO

15:00 - 06 / 02 / 2019
Huawei Mate 20 seriyası: EMUI 9 – ən təmiz səs effektləri – FOTO

Huawei şirkətinin R&D şöbəsinin mütəxəssisləri təbiətdən ilhamlanaraq təbiət səslərini EMUI 9-un defolt zəng siyahısına əlavə edib.

Çay axarları və quşların rahatladıcı səsləri ilə istənilən şəxs sakitlik tapa bilər. EMUI 9-da həmçinin Ağıllı Rəng Seçimi texnologiyası vardır. Zəng zamanı defolt təsvir üçün bu texnologiya ilə təbii rənglər seçilə bilir. Təbiət mənzərələrindən ibarət olan bu təsvirlər təbii effektləri ehtiva edir.

Birləşdirilmiş ayarlar: Huawei EMUI 9-un ayarlar menyusunu təkmilləşdirilib. Divar kağızı, ekran-bloklanması və başlıq foto vahid bir menyuda qruplaşdırılıb.

Şirkət istifadəçi interfeysini yenidən dizayn edib. Eyni elementlər hazırda bir başlıqda təqdim edilir. E-mail, əlaqə nömrələri, təqvim, notepad kimi tez-tez istifadə olunan proqramlar interfeysin alt hissəsinə əlavə edilib və əl altında olması üçün telefonun mərkəzi hissəsinə yaxın yerləşdirilib. Eyni janrdan olan proqramlar hazırda eyni qayda ilə idarə edilir. Məsələn, saat, zəngli saat, taymer, kompas kimi oxşar proqramlar hazırda eyni interfeysi paylaşır.

Erqonomik dizayn: EMUI 9 uzunmüddətli istifadə nəticəsində yarana biləcək diskomfortu azaldaraq erqonomik dizayna da malikdir. İstifadəçi interfeysinin əvvəllər üst hissəsinə yerləşdirilmiş ayarların bir çoxu aşağı hissəyə əlavə edilmişdir. Bununla da istifadəçi telefonu bir əlində tutduqda barmağı ilə asanlıqla həmin düymələri basa bilir. Animasiya hərəkətləri də elə optimallaşdırılmışdır ki, müxtəlif elementlər istifadəçinin düz gözü qabağında olsun.

Jestlərə əsaslanan yeni naviqasiya: Geniş görüntülü "Huawei FullView" displeyinin görüntüsünü naviqasiya addımlarını mürəkkəbləşdirmədən daha da artırmaq məqsədi ilə EMUI 9-da jestlərə əsaslanan yeni naviqasiya rejimi dəstəklənir. Bu rejimi aktivləşdirən istifadəçilər sadə kliklər və barmaq hərəkətləri ilə telefonu asanlıqla idarə edə bilər.

Sürətlə hazırlandı, sürəti gətirdi

EMUI 5.0 versiyasından başlayaraq Huawei telefonun sürət effektivliyini artırmağa yardım edən texnologiyaları hazırlamağa istiqamətlənib. Süni intellekt yönümlü özünütəlim sisteminə əsaslanan Huawei Mate 20 seriyası avadanlıq resurslarının bölgüsü həllərini və Android proqram təminatı platformasını ehtiva edən geniş optimallaşdırmalar aparmaqla "Sürətlə hazırlandı, sürəti gətirdi" vədini yerinə yetirir.

Süni intellektə əsaslanaraq həyata keçirilən təkmilləşdirmə işləri ilə yanaşı, EMUI 9 həmçinin istiliyə nəzarət üzrə yeni həll funksionallığına da malikdir. Fərqli hallarda telefonun istilik səviyyəsinə nəzarət etmək üçün bu telefonda hər bir hal üzrə spesifik hədd vardır. Bu hədd cihaza imkan verir ki, insan əlinə uyğun olan temperaturda optimal şəkildə işləsin.

Qrafik prosessorlu Turbo 2.0

Qrafik prosessorlu Turbo 2.0 Çin və digər xarici ölkələrdə ən çox oynanılan 15 oyun daxil olmaqla, stabil ötürmə sürəti ilə müxtəlif növ oyunları dəstəkləyir. Bu yeni həll oyunun resurs bölgüsünü optimallaşdırması üçün lazım olan resursları qiymətləndirmək məqsədi ilə süni intellektə əsaslanan proqnozdan istifadə edir. Hətta intensiv hallarda belə, bu həll telefonun fasiləsiz işləməsinə imkan verir. Bundan başqa, telefona toxunuş reaksiyalarının süni intellekt əsasında optimallaşdırılması sözügedən reaksiya gecikməsini 36 faizə qədər azaldır. Daha sürətli reaksiya zamanı oyunçular hər zaman oyun aparıcısı olur.

“HiVision” - cibə yerləşən ensiklopediya!

EMUI 9 HiVision ilə debüt edən yeni funksonallıq klassik incəsənət və məşhur səmtləri tanıyır, habelə bir sıra dillərdə olan mətnləri tərcümə edə bilir. Həmçinin yüzlərlə fərqli yemək növünün kalori miqdarını hesablaya bilir. "HiVision" ilə təchiz edilmiş Huawei Mate 20 seriyası cibə yerləşən ağıllı bir eksiklopediyadır.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Reklam hüququnda

 

Paylaş:
662

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30
Bütün xəbərlər