Huawei yeni lüks Porsche Design Mate 20 RS super modelini təqdim edir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Huawei yeni lüks Porsche Design Mate 20 RS super modelini təqdim edir – FOTO

14:00 - 30 / 01 / 2019
Huawei yeni lüks Porsche Design Mate 20 RS super modelini təqdim edir – FOTO

Hazırda qlobal miqyasda smartfon satışlarında ikinci yerdə qərarlaşan Huawei şirkəti özünün flaqman modeli olan Mate 20 Pro-dan sonra yenidən dünya gündəmini zəbt edib.

Bu dəfə texnologiya nəhəngi Porsche Design ilə əməkdaşlığı şəraitində tam yeni bir smartfon modeli – xüsusi buraxılış Huawei Porsche Design Mate 20 RS-i təqdim edib.

Çox məhdud sayda buraxılmış bu telefonların artıq London, Sinqapur və Dubay şəhərlərində təqdimatı baş tutub. Belə ki, Sinqapur Çin istisna olmaqla bütün Asiya-Sakit Okean bölgəsində Porsche Design Mate 20 RS-in çox məhdud sayda satıla biləcəyi yeganə ölkə olub.

Dubaydakı təqdimat isə özünün möhtəşəmliyi ilə yadda qalıb. Dubay şəhərində dünyanın ən hündür göydələni olan ikonik Bürc Xəlifənin üzərində PD Mate 20 RS modelinin fleş şousu baş tutub və beləliklə yeni mükəmməl dizayna malik premium model təqdim olunub.

Porsche Design Mate 20 RS lüks modeli artıq Azərbaycanda

Huawei şirkətinin yeni lüks Porsche Design Mate 20 RS modelini artıq Azərbaycanda da əldə etmək mümkündür. Bu model ölkəmizdə satışda çox məhdud saydadır. Qeyd edək ki, Porsche Design Mate 20 RS regionda (Belarus Respublikası və Qafqaz ölkələri) yalnız Azərbaycanda satılacaq. Azərbaycan bu lüks modelin satılacağı yeganə ölkə olacaq.

Çox məhdud sayda və eksklüziv olaraq Baku Electronics mağazalar şəbəkəsində

Huawei Porsche Design Mate 20 RS lüks modeli eksklüziv olaraq yalnız Baku Electronics mağazalar şəbəkəsində satılır.

Huawei Porsche Design Mate 20 RS lüks modeli özünün mükəmməl və incə dizaynı, eləcə də bir sıra texniki xüsusiyyətlərinə görə Mate 20 Pro modelindən fərqlənir. Belə ki, Porsche Design Mate 20 RS modeli 8 GB RAM və 256 GB daxili yaddaşla təchiz olunub ki, bu da Mate 20 Pro-dan bu parametrlərə görə üstünlük deməkdir.

Porsche Design Mate 20 RS super flaqman modelinin dizaynında bir incəlik və mükəmməllik vardır. Telefonda arxa hissədə yan tərəflər əl işi olan təbii dəri ilə örtülüdür, Leica-dan olan kameraların yerləşdiyi orta hissə şüşədəndir, şüşə hissənin tam ortasında isə kiçik və nazik yarış zolaqlarını sezmək mümkündür.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Reklam hüququnda

 

Paylaş:
1398

Son xəbərlər

Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18
Bütün xəbərlər