İçəri şəhərdə həqiqətən də nə baş verir? – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İçəri şəhərdə həqiqətən də nə baş verir? – FOTO – VİDEO

12:46 - 26 / 04 / 2019
İçəri şəhərdə həqiqətən də nə baş verir? – FOTO – VİDEO

Hər bir xalqın göz-bəbəyi kimi qoruduğu tarixi abidələri var. Bunlardan biri də ulu babalarımızın bizlərə miras qoyduğu İçəri Şəhərdir. Buna görə də Qala divarları arxasında qazıntı işləri aparmaq xəbəri cəmiyyətdə kəskin reaksiya doğurub.

İçəri şəhər – ümumdünya abidə olmaqla yanaşı, milli var-dövlətimizdir ki, bunu gələcək nəsillər üçün qoruyub saxlamalıyıq.

Həftənin əvvəlində Rəsul Həsən adlı sosial şəbəkə istifadəçisi öz hesabınıda Qala divarlarının hasarlandığını və restoran tikilməsilə bağlı üç foto yerləşdirib.

Şəkili rəy yazaraq o, bildirib ki, divarın hörülməsi yenidir:

“İkinci fotodakı divar, düşünrəm ki, divarın rənglənmiş hissəsidir. Böyük ehtimalla burada yeləşən restoranlar artıq divarı məhv etmişdi. İndi isə üstü ört-basdır edilir”.

Bu da sosial şəbəkələrdə, eləcə də ictimaiyyətdə ajiotaj yaratdı. Sosial şəbəkə istifadəçilərindən bir neçəsinin şərhini diqqətinizə çatdırırıq:

“Mütləq orada restoran olmalıdır? Olmaz ki, muzey kimi insanlar oraya getsin, tariximizdən zövq alsınlar”, - Farah Magerramova yazır.

“Hərə tərəfdə barbarlıqdır,  təəssüf ki, gözümüzlə görə-görə şəhərin gözəl siması dəyişir”, - deyə Azik Knight qeyd edir.

“Bakının qala divarları XII əsrdə Şirvanşahlar dövlətinin hökmdarı III Mənucöhrün əmri ilə tikilmişdir. 900 ildir ki, bu divarlar bizə yadigar qalıb. Divarları sökərək orada restoran tikmək deməli tarixi silmək və vandalizmlikdir”,  - Azerbaycan Universitetleri fotoya şərh yazıb.

“Notr-Dam yananda xalqımız elə rekasiya verdi ki, elə bil hər birinin evi yanır. Hər kəsin qəlbi parçalanırdı. İndi isə elə bil belə də olmalıdır. Nə üçün biz xalq kimi özümü silməyə, tarixdə izimizi yox etməyə can atırıq?”, - Nəzakət Cəfərzadə yazır.

Daha sonra isə ictimai qınağı artıran digər fotolar da dərc edilir.

Fotolardan görünür ki, Qala divarlarının yuxarı hissəsi yarıya qədər uçurulub, ətrafda daşlar, borular, kərpiçlər, qum səpələnib. Bu da daha çox qəzəbli status və rəyləri artırdı.

“Tezliklə Qızı Qalasını da restorana çevirəcəklər” - Nara Artist qeyd edir.

 “Bu monqolların Azərbaycana yeni yürüşüdür”, - Bilal Aziz sual edir.

“Axı bu Bakının tarixidir. Nə üçün bunu edirlər? Baxın, Türkiyədə yüzillərdir hər şey qorunur. Tezliklə hər şeyi satacaqlar! Dəhşət!” – deyə Sona Rəhimova yazır.

Təhqiramiz şərhlər də var ki, etik səbəblərdən onları yaza bilmirik.

Bloggerlər, jurnalistlər və sıravi vətəndaşlar belə baş verənlərə aydınlıq gətirilməsi üçün  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ONA-ya şərh verərək məsələ ilə bağlı qeyd edib ki, Qala divarları ilə bağı hər hansı bir açıqlama verə bilməz, çünki tikinti işlər Kiçik Qala küçəsində aparılır, bu da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarətdindədir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələyə aydınlıq gətirmək üçün açıqlama verib:

“İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə isə əslində sovet dövründə - 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnmişdir.

“İçərişəhər” DTMQİ fotoşəkillə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görüb. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin əməkdaşı Zeynəb Cahan Facebook səhifəsində qeyd edib:

“İndi təmir işləri aparılan ərazidəyəm. Təndir və Mangal restoranları yaxınlığında nə armatur, nə də kərpiç yoxdur. Sadəcə metal konstruksiyalar var. Divara heç bir konstruksiya yapışdırılmayıb, divar tam təhlükəsiz şəraitdə yerindədir”.

Qoruğun hazırki vəziyyətilə bağlı foto və videoları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin apararat rəhbəri Riad Qasımov da Facebook səhifəsinə yerləşdirib.

Həmçinin İdarədən qeyd edilib ki, hazırda aparılan tikinti işləri İçəri Şəhər ərazisində uzun zamandır fəaliyyət göstərən restoranlara müasir görünüş vermək, onların terrasını genişləndirməkdir:

“Üç mindən çox insanın yaşadığı Qoruğun ən yaxşı xüsusiyyəti ərazisində ictimai iaşə obyeklətirinin olmasıdır. Bu da istər İçəri Şəhərin sakinləri, istərsə də əcnəbi qonaqlar üçün çox əhəmiyyətlidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi daim tarixi-mədəni obyektləri qorumaqla yanaşı, bu ərazidə əyləncə məkanlarının balansını da diqqət mərkəzində saxlayır. Bütün bunlar heç bir vəziyyətdə sökülməyəcək”.

Qoruğun ərazisində baş çəkən zaman Qala divarlarının sökülməsilə bağlı narahatlıqlar aradan qaldırıldı. Təmir işləri aparılan ərazilərdə Qala divarlarının sökülməsi əlaməti yoxdur. Fotolardan da aydın görünür ki, heç bir divar zədələnməyib. Qala divarları ilə yüngül metal konstruksiyalar arasında bəzi yerlərdə 40-45 sm, bəzilərində isə 50-55 sm məsafə var. Və onlar divara yerləşdirilməyib.

İkinci məqam – Təndir və Mangal restoranların sökülərək yenidən tikilməsindən də söhbət gedə bilməz.

Digər məqamı da diqqətinizə çatdıraq – “yaxın zamanlarda Qala divarlarının ağlay ilə suvanması” həqiqəti əks etdirmir. Buna öz gözlərimizlə şahid olduq. Əslində, divarlarda bəzi hissələr bir-birnindən fərqlənir – bu, XX əsrn 90-cı illərində təmir olunan hissədir. Təmir zamanı nazik ağlay lövhələridə deyil, 50 santimetrlik daşlardan istifadə olunub.

Və nəhayət, İçəri Şəhərdə bu qədər restoran və iaşə obyektlərinin olması lazımdırmı sualına cavab verildi. Cavab birmənalıdır – bəli, lazımdır, çünki bu ərazi turistlər tərəfindən daha çox maraqa səbəbdir. Axı bu restoranlarda Azərbaycan milli mətbəxinin müxtəlif təamları təqdim edilir.

Sonda qeyd etmək olar ki, Qala divarları ilə bağlı bu hadisə müsbət və mənfi tendensiyanı göstərdi. Hadisənin mənfi tərəfi bir çoxları vəziyyətdən istifadə edərək yalan məlumatlar yaydı. Müsbət tərəfi isə ictimaiyyətin reaksiyasını, geniş rezonansı göstərdi. Bu, onu göstərir ki, biz bir xalq olaraq tarixi mirasımıza biganə deyilik və onun qorunması üçün səylərimizi əsirgəmirik. Bu da çox sevindirici haldır.

Tərcümə: S.Xankişiyeva

FOTO – müəllif

Paylaş:
5419

Son xəbərlər

"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22
Bütün xəbərlər