İctimaiyyət “Azərişığ”a qarşı: Nə üçün işıqpulu artıq gəlib? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimaiyyət “Azərişığ”a qarşı: Nə üçün işıqpulu artıq gəlib? – FOTO

16:46 - 09 / 08 / 2018
İctimaiyyət “Azərişığ”a qarşı: Nə üçün işıqpulu artıq gəlib? – FOTO

Son günlər Bakı və Abşeron sakinləri elektrik enerjisinin sərfiyyatına görə, ödənişlərin artıq gəlməsindən narazıdır.

1news.az-ın verdiyi xəbərə görə, bir çoxları hesabın iki və üç dəfə artıq yazılmasından şikayətlənir. Belə ki, iyun ayında vətəndaşlar 30-50 manat işıqpulu ödəyirdisə, iyulda bu həcm 90-120 manat civarında dəyişib.

Bununla bir deyil, bir neçə nəfər şikayətlənib. Nəticədə “Azərişığ”ın rayon idarələri abonentlərlə dolub. Onlar əllərində ödəniş qəbzləri ilə qiymətlərin 60 manatdan 120 manata yüksəlməsini aydınlaşdırmağa çalışır.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev son günlər sosial şəbəkələrdə elektrik enerjisinə görə artıq borcun yazılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Nə desəm də, insanların gözündə günahkar mənəm. Lakin reallıq budur – sayğaclar göstəriciləri dəqiq hesablayır. Onların işinə heç kəs müdaxilə edə bilməz. Belə ki, sayğaclar daim yoxlanılır. Əgər abonent işığı çox işlədibsə, deməli çox pul da ödəməlidir.

Burada şübhəli məqam yoxdur. Nəzərə almaq lazımdır ki, Tarif Şurasının qərarına əsasən, güzəştli limit bir ay üçün 300 kilovattdır. Bunun da məbləği 7 qəpik təşkil edir. Limiti keçdikdə isə 11 qəpikdən hesablanır. Əlbəttə ki, limiti keçdikdə, yekun məbləğə də təsir edir.  

Hər bir vətəndaş fərdi şəkildə “Azərişıq” ASC-yə müriciət edərək problemini qeyd edə bilər. onun şikayətinə baxılacaq. Lazım gələrsə, sayğacların laborator yoxlanışı da aparıla bilər”.

Tanrıverdi Mustafayev bildirib ki, abonentin sayğacının son indeks göstəricisi 50 909 (04 avqust 2018-ci il tarixi), əvvəlki göstərici 50 492 (05 iyul 2018-ci il). 50 909 - 50 492 = 417 (Orta məktəbdə hər halda həndəsəni yaxşı oxumasam da, Cəbr (Riyaziyyat) fənnindən 5 almışam).

30 gün ərzində hörmətli abonent 417 kvt/s. elektrik enerjisindən istifadə edib. 300 kvt/s. X 0,07 = 21 AZN (300 kvt/s. - Güzəştli tarif - 0,07 AZN-la hesablanır). 417 kvt/s. - 300 kvt/s. = 117 kvt/s. edir. 117 kvt/s. X 0,11 = 12.87 AZN edi. Cəmi - 33,87 AZN. Bildirişdə də ödəniləcək məbləğ 33,87 AZN göstərilib”.

Beləliklə, vətəndaşlar bu cür qaydada öz sayğac göstəricilərini yoxlaya bilərlər. Əgər fikirayrılığı yaranarsa, “Azərişığ”ın rayon idarələrinə müraciət etmək olar.

“Azərişıq” artıq borc yazılmasına aydınlıq gətirdi: heç bir şübhəniz olmasın

Tərcümə: S.Xankişiyeva

Paylaş:
5364

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər