İFÖÜM: Cənubi Qafqazda ən böyük etimad Azərbaycan Prezidentinə məxsusdur - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

İFÖÜM: Cənubi Qafqazda ən böyük etimad Azərbaycan Prezidentinə məxsusdur - VİDEO

16:11 - 06 / 12 / 2017
İFÖÜM: Cənubi Qafqazda ən böyük etimad Azərbaycan Prezidentinə məxsusdur - VİDEO

Hər il İctimai Fikrin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzi (İFÖÜM) rusiyalıların MDB məkanındakı dövlətlərə münasibətini öyrənmək üçün araşdırma aparır.

Araşdırma əsasında dünyada gedən siyasi vəziyyətin Rusiya əhalisinə təsiri, rusların MDB dövlətlərindən daha çox hansı liderə rəğbət bəslədikləri, onların fikrincə hansı regionda rusdilli əhalinin hüquqlarının təmin edilməsi üzə çıxır.

TASS-ın mətbuat konfransı zamanı İFÖÜM-ün xüsusi proqramlar üzrə direktoru Yelena Mixaylova, İnstitutun regional problemlər üzrə direktoru Dmitri Juravlev, Moskva Dövlət Beynəlxalq Münasibətlərin İnstitutunun Beynəlxalq Araşdırmalar direktoru Andrey Kazançev və postsovet məkanında İctimai-siyasi Proseslərin Öyrənilməsi üzrə Analitik-İnformasiya Mərkəzinin baş direktorunun müavini İsmayıl Ağakişiyev araşdırmaları şərh ediblər.

“Bu sorğu ekspert qiymətləndirməsi kimi deyil, qonşu ölkələrdəki vəziyyəti yaxşı bilməyən sadə insanların fikirləridir. Bununla yanaşı sorğu böyük maraq doğurur. Sorğunun nəticələrindən əldə edilmiş rəqəmlər bir tərəfdən ümid bəxş edir, digər tərəfdən də yaşadığımız real həyatla bağlı bir sıra suallar doğurur”, - deyə Ağakişiyev bildirib.

Sorğuya əsasən, ən müvəffəqiyyətli və sabit dövlətlərin dördlüyünə Belorus, Qazaxıstan, Ermənistan və Azərbaycan daxildir. Respondentlər bu ölkələrin Rusiyanın beynəlxalq arenada, eləcə də rusdilli sakinlərin hüquqlarının təmin olunması kimi ən etibarlı hesab ediblər.

Ağakişiyevin fikrincə, rusiyalıların fikrinin formalaşmasında diaspora və KİV-in də rolu yüksəkdir:

“Heç kəs ictimai fikrin formalaşmasında kütləvi informasiya vasitələrinin rolunu inkar edə bilməz. KİV-də təqdim olunan bir sıra etnosların nümayəndələri tok-şoularda çıxış edərək Rusiyanın maraqlarından danışırlar. Və tamaşaçılarda həmin etnosların yaşadığı məkanlarda Rusiyaya münasibətlərlə bağlı xoş təəssürat yaranır”.

“Digər tərəfdən də bu respublikalarda yaşayan rusları da unutmaq olmaz. Cənubi Qafqazı götürsək, Ermənistanda 15 min, Azərbaycanda isə 150 min rus yaşayır. Rus dilinə münasibət məsələsində Azərbaycan lider olaraq qalır. Burada rus dili istər universitetlərdə, istərsə də məktəblərdə tədris olunur.

Bu da Rusiyadan olan nümayəndələrin Azərbaycanda özlərini rahat hiss etməsinə dəlalət edir. Hazırda rus dilində təhsil alan gənclər gələcəkdə də rus dilinin qorunub saxlanılmasına, eləcə də rusdillilərin Azərbaycanda komfortlu hiss etməsinə zəmanət verir” – deyə Ağakişiyev sözlərinə əlavə edib.

Həmçinin ekspertlər qeyd etdilər ki, sorğu ilə bağlı başlıca yerləri Belorus və Qazaxıstan tutur.

“Belorusda slavyan əhali yaşayır. Qazaxıstanda da ruslar və qazaxlar və digər xalqlar var. Ruslar və qazaxlar dil, mədəniyyət və tarix baxımından fərqlənsə də, sorğunu nəticələri göstərir ki, Qazaxıstanda milli məsələdə çox effektiv həll olunur. Bunu da qeyd edim ki, bu, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin uğurlu milli siyasəti hesabınadır”.  

Ağakişiyevin sözlərinə görə, milli məsələ ən vacib məqamlardan biridir.

“Bu gün bir çoxları mövcud problemlərin Sovetlər Birliyinin qalıqları kimi qiymətləndirir. Bu mövqeni əsassız hesab edirəm. Milli problemlər hər zaman olub, müdrik rəhbər xalqlar arasında ümumilik taparaq birgə ailə mühitini formalaşdırır. Birgə sosial dəyərlər insanlara – milliyətindən asılı olmayaraq cəmiyyətdə komfortlu yaşamağa imkan verir. Bunu dəyərləri uca tutan rəhbər həyata keçirə bilər. Bunu istər çoxmillətli Qazaxıstanda, istərsə də çoxmillətli Azərbaycanda həyata keçirmək mümkün olub. Ermənistanda bu məsələ kəskin deyil. Belə ki, bu ölkə təkmillətdir, əhalinin 90%-ni ermənilər təşkil edir”.  

MDB məkanındakı dövlət rəhbərlərinə etibarla bağlı xalq reytinqində ilk üçlüyü Aleksandr Lukaşenko, Nursultan Nazarbayev və İlham Əliyev tutur.

“Rusiya üçün dövlət başçıları məsələsi həmişə əhəmiyyəli olub. Bu geosiyasi qarşıdurmalar şəraitində, sərhəddə sülh, qonşu dövlətlərin rəhbərləri ilə etibar istəyən dövlət üçün çox aktualdır. Biz hər zaman Putin, Nazarbayev və Lukaşenko ilə daimi görüşlərin şahidi oluruq, eləcə də ölkə rəhbərliyinin İlham Əliyevə qarşı xüsusi etibarlılıq münasibətləri var. İndi isə şahid oluruq ki, Azərbaycanın dövlət başçısına nəinki Rusiya dövlət başçısı, eləcə də rusiyalılar da etibar edir.  

Əgər digər məsələlərdə stereotiplər varsa, dövlət başçılarına etibar məsələsinə rəqəmlər göstərir ki, Cənubi Qafqazda ən böyük etimad Azərbaycan Prezidentinə məxsusdur. Hazırda yuxarıda qeyd olunmuş üç ölkə rəhbərləri öz sözlərinə və fəaliyyətlərinə cavabdeh ola bilərlər”, - Ağakişiyev qeyd edib.

Ekspertin sözlərinə görə, İFÖÜM-in sorğusu Qazaxıstan, Belarus və Azərbaycanın Rusiyanın ən əsas müttəfiqi olmasını əks etdirən ilk sorğu deyil. Lakin yaxınlaşma siyasətini elə yürütmək lazımdır ki, xalqlarımız arasında növbəti dəfə bu etibar və xoşməramlılığı artdığının şahidi olaq.  

Tərcümə: S.Xankişiyeva

Paylaş:
890

Son xəbərlər

Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42
Bütün xəbərlər