İki dövlətə xidmət edən erməni diplomatiyasında fikirayrılığı | 1news.az | Xəbərlər
Ermənistan

İki dövlətə xidmət edən erməni diplomatiyasında fikirayrılığı

15:54 - 06 / 07 / 2018
İki dövlətə xidmət edən erməni diplomatiyasında fikirayrılığı

İyulun 2-də “EU Observer” jurnalı oxucuları Ermənistanın yeni XİN rəhbəri Zohrab Mnasakanyanın “açıqlamaları” ilə tanış edib.

Elə həmin gün “Sputnik-Armeniya” rəsmi Yerevanın Qərb və Rusiya ilə eyni zamanda şahmat oynası ilə bağlı “dərin analizləri” diqqətə çatdırdı. Prinsipcə bu məqalədə nə rusdilli, nə də ingilis dilli auditoriya üçün yeni bir fikir səslənmədi. Həmişəki kimi erməni xalqına xas demoratik ruhda “rəvayətlər” yer alıb.

Erməni nazir sələfləri kimi, ölkənin blokada şəraitində olmasını Azərbaycan və Türkiyə ilə bağlı olduğunu vurğulayır. Həmçinin nazir fürsətdın istifadə edərək Qərbdəki güclərin onlara himayədarlıq etməsini istəyir. Nazir sanki “Hazırda Moskvadan aldığımız himayədarlıq bizləri təmin edir, lakin Yerevan sizlərin təklifinizə daha yaxın olaraq, hətta Rusiyadan üz döndərməyə hazır olduğunu” bildirir. 

Mnasakanyanın etiraflarına görə, Ermənistan 10 dəqiqə olsa belə, xarici güclərin dəstəyi olmadan yaşaya bilməz. Nazirin bu fikirləri erməni cəmyyətini ciddi düşündürməlidir. Dünya ictimaiyyəti isə bir daha agah olsun ki, bu necə ölkədir ki, Rusiya ilə Qərb arasında qrossmeyster kombinasiyaları keçirilməsində iddialıdır, lakin öz gücü ilə 10 dəqiqə olsun təhlükəsizliyini təmin edə bilmir. Demək olar ki, erməni diplomatın timsalında Ermənistanın natamam dövlət olduğu aydın görünür.

Bununla yanaşı, Yerevandakı “inqilabi” hökumət dəyişikliyindən sonra hələ də əsl səbəbləri analiz etmək istəmirlər.  

Hazırki “inqilabçı” hökumətə baxmayaraq, Qərbdən maliyyə dəstəyi almaq, bununla yanaşı Rusiyanın təhlükəsizlik çətiri altında qalmaq ənənəsi Sarkisyandan miras qalıb. Lakin sabiq prezident və Ermənistan Şahmat Federasiyası rəhbərinin xalqı və ətraf mühiti aldatmaq səylərinə baxmayaraq, onların planı boşa çıxdı.

Yerevanın yüksəkrütbəli kabinetlərində oturmuş yeni fiqurlar düşünürlər ki, demokratik dəyərlər və qanunun aliliyi ilə bağlı bəyannamə Qərbin simpatiyasını qazanaraq Ermənistanı iqtisadi uçurumun kənarından xilas edəcək.

Baş nazir Nikol Paşinyanın iki aylıq dövründə o, yalnız mağazalara reyd keçirərək oliqarxları qovmaqla məşğul oldu. Beləliklə, Yerevanda müəyyən müddət köhnə musiqini yeni orkestrın ifasında səsləndirə bilərlər. Lakin nə Qrəbdə, nə də Rusiyada dirijor və ifaçıların üzünə baxmayaraq, sadəcə musiqini dinləmək istəyirlər. Əgər musiqi dəyişməzsə, Paşinyan kamandası alqış almayacaq.

Ola bilsin ki, Yerevanda acı həqiqəti qəbul etmək istəmirlər. Lakin bütün dünyaya ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində təhlükəsizlik məsələləri ilə bağlı Ermənistanın düşüncələri cəfəng olduğu qədər də, perspektivsizdir.

Özünü iki dövlətə “şirin” sataraq, ikiqat müküfat almaq istəyən, lakin 10 dəqiqə öz təhlükəsizliyini təmin edə bilməyən bir dövlət sonda hər iki tərəfdən əliboş qalacağını ciddi-ciddi düşünməlidir.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
796

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər