İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib – YENİLƏNİB

14:40 - 15 / 11 / 2018
İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun Azərbaycana səfərinin onun təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycanda idmana, o cümlədən paralimpiyaya yüksək dövlət qayğısı göstərildiyini qeyd edərək bildirdi ki, ölkəmizdə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır. Azərbaycanda paralimpiyaçılara göstərilən xüsusi diqqət və qayğıdan danışan dövlətimizin başçısı bildirdi ki, paralimpiyaçılarımız Yay Paralimpiya və eləcə də Avropa Oyunlarında yaxşı nəticələr göstərmişlər.

Prezident İlham Əliyev Endrü Parsonsun Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının Bakıda keçirilən iclasında iştirakının önəmini qeyd etdi və ölkəmizin bu təşkilatla da yaxşı əməkdaşlıq həyata keçirdiyini dedi.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons Azərbaycana üçüncü dəfə səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə böyük inkişaf proseslərinin getdiyinin şahidi olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin idmana, o cümlədən paralimpiyaçılara böyük diqqət və qayğı göstərdiyini qeyd etdi və bu münasibətlə beynəlxalq paralimpiya hərəkatı adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. Endrü Parsons Azərbaycanda paralimpiyanın inkişafının bir nümunə olduğunu vurğuladı.

12:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Federasiyasının prezidenti Endrü Parsonsu qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

S.Xankişiyeva

 

Paylaş:
458

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər