İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb

11:05 - 23 / 01 / 2019
İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd etdi ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, “Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir.

“Procter and Gamble” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan Loik Tassel bildirdi ki, şirkət təkcə istehlak mallarının satışı ilə məşğul deyil, eyni zamanda, ölkədə reklam bazarının inkişafına əhəmiyyətli töhfə verir. Azərbaycanın televiziya məkanında ən böyük reklam sifarişçisi olan şirkət müxtəlif sosial layihələrə, idman yarışlarına sponsorluq və digər dəstək tədbirləri həyata keçirməklə sosial məsuliyyət missiyasını da yerinə yetirir.

Loik Tassel bildirdi ki, “Procter and Gamble” şirkəti yaranmış biznes mühitindən istifadə edərək regionda fəaliyyətini genişləndirmək istəyir. Bu məqsədlə Bakıda fəaliyyətini böyütməklə Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağındadır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub.

Prezident İlham Əliyev Azərbaycanda yaradılan biznes mühiti, gömrük, vergi və digər sahələrdə həyata keçirilən islahatlardan danışdı. Dövlətimizin başçısı şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə qərarların düzgün olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan dövlətinin investorlara, sahibkarlara bundan sonra da dəstək verəcəyini bildirdi.

1news.az

Paylaş:
511

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər