İlham Əliyev: Azərbaycan sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycan sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır

13:40 - 09 / 07 / 2018
İlham Əliyev: Azərbaycan sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır

Prezident İlham Əliyev iyulun 9-da İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Amman ölkəmizə səfərindən məmnunluğunu bildirərək dedi ki, gəlişlərində məqsəd Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış olmaqdan və ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı məsələləri müəyyənləşdirməkdən ibarətdir. Eyni zamanda, qonaq səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində iştirakı ilə bağlı daha ətraflı məlumat almaqdan maraqlı olduğunu dedi. Yohan N. Şnayder-Ammann İsveçrə ilə Azərbaycan arasında Dünya Bankı və Beynəlxalq Maliyə Fondu çərçivəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi.

Qonaq TANAP layihəsinin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırdı. O, Prezident İlham Əliyevin hər il Davos İqtisadi Forumunda iştirakına görə minnətdarlığını bildirdi.

Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin çox uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə biznes əlaqələrinin genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu vurğuladı və bu baxımdan ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsi, qarşılıqlı investisiyaların qoyulması sahəsində yaxşı təcrübənin olduğunu dedi. Yohan N. Şnayder-Ammann ilə Davosda görüşünü xatırlayan Prezident İlham Əliyev bildirdi ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək və əməkdaşlığımız bundan sonra da genişlənəcək. Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Azərbaycan iqtisadiyyatı gələcək illərdə də daha da inkişaf edəcək, ölkəmiz xeyli sayda sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır və Azərbaycan bu işlərdə İsveçrə şirkətlərinin iştirakında maraqlıdır.

Söhbət zamanı qeyd olundu ki, İsveçrə-Azərbaycan Bakıda keçirilən Biznes Forumu və orada həm İsveçrədən, həm Azərbaycandan böyük sayda biznes nümayəndələrinin iştirakı iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

                     

S.Xankişiyeva

 

Paylaş:
667

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər