İlham Əliyev “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşüb – FOTO

12:19 - 23 / 01 / 2019
İlham Əliyev “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşüb – FOTO

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser ilə görüşü olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə Riç Lesser “The Boston Consulting Group”un rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif həll variantları işləyib hazırlayan qlobal şirkətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

O, Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini bildirdi. Riç Lesser həm dövlət qurumlarının, həm də özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi sığorta və digər sahələrdə daha yüksək idarəçiliyi təmin edəcək rəqəmsal həll variantlarına malik olduqlarını dedi. Qeyd edildi ki, Azərbaycanda bu həll variantlarının tətbiqi həm yeni iş yerlərinin yaradılmasına səbəb olacaq, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Prezident İlham Əliyev “The Boston Consulting Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitinə dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirdi.

S.Xankişiyeva

Paylaş:
350

Son xəbərlər

Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20
Bütün xəbərlər