"İlhaməni aldadıb, 30 mini almaq istəyirdi" - Orxanın dələduzluğundan danışdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

"İlhaməni aldadıb, 30 mini almaq istəyirdi" - Orxanın dələduzluğundan danışdı - VİDEO

12:24 - 18 / 10 / 2018
"İlhaməni aldadıb, 30 mini almaq istəyirdi" - Orxanın dələduzluğundan danışdı - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovdan danışıb. 

1news.az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Bizimləsən" proqramında hazırda həbsdə olan Orxanın dələduzluğundan bəhs edib:

"İlhamə Quliyeva üçün mebel alanda 17 min endirim etdirdik. Özü incidi getdi ki, qiyməti baha idi. Türklər idi, tanımırdılar. Getdim onların yanına. Videomaterial apardım ki, o, çox böyük sənətçidir. Pul qazanan adam deyil, toylara getmir. Ev alanda 350 minə danışmışdı Orxan. Mən tapmışdım evi. Həmin gecə toyda idim, getdilər baxdılar evə. İlhamə xanım dedi ki, toydan çıxanda mənə zəng et. Dedim, Firuzə xanımla yol gəlirik. Dedi, 350 minə dedilər evi. Həmin vaxt 200 mini məndə idi, saxlamağa vermişdi. Bankda inflyasiyadan qorxdu, çıxartdı verdi mənə. 150 min də özündə idi. Dedi, pul çatır, elə 350 minə alarıq. Dedim, darıxma evin sahibini tapaq. 

Getdim tapdım. Dedi, 350-yə deyirlər, amma aşağı etmək olar. Orxanla makler dedi ki, ev həll olub. Mən də İlhamə xanıma dedim ki, gözünüz məndə olsun, evin sahibi ilə danışmışam. Makler məni çəkdi kənara, arxasınca da Orxan gəldi. Dedi ki, ortada 30 min pul var, adama 10 min bölərik. Dedim, o pulu necə bölsəz, özünüz bilərsiz. Amma o, sizə çatmayacaq, mənə də lazım deyil. Orxana dedim ki, sən necə gedirsən bu işə? Dedi, mən yox, makler gedir".

1news.az

 

 

Paylaş:
2070

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər