İlin ən yaxşı kişi və qadın idmançıları məlum olub | 1news.az | Xəbərlər
İdman

İlin ən yaxşı kişi və qadın idmançıları məlum olub

15:55 - 19 / 02 / 2019
İlin ən yaxşı kişi və qadın idmançıları məlum olub

Monakoda "Laureus" Dünya İdman Akademiyası versiyası üzrə 2018-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, "İlin ən yaxşı kişi və qadın idmançıları" adına serbiyalı tenisçi Novak Cokoviçlə ABŞ gimnastı Simona Beylz layiq görülüb.

Amerikalı qolfçu Tayger Vuds "İlin qayıdışı", yaponiyalı qadın tennisçi Naomi Osaka "İlin sıçrayışı" nominasiyasında qalib olub.

Futbol üzrə Fransa yığması ilin komandası sayılıb.

Amerikalı dağ xizəkçisi Lindsi Vonn, snoubordçu Hloya Kim, keniyalı marafonçu Eliud Kipçoqe, slovakiyalı paralimpiyaçı dağ xizəkçisi Henrieta Farkaşova, çinli alpinist Sya Boyuy, fransalı futbol məşqçisi Arsen Venger də xüsusi mükafatlara layiq görülüb.

Qeyd edək ki, "Laureus" mükafatını 1999-cu ildə biznes dünyasında məşhur olan bir neçə şirkətin iştirakı ilə beynəlxalq fondlar təsis edib. İlkin mərhələdə namizədləri idman mətbuatı seçir. Sonra isə akademiyanın ötənlərin məşhur idmançılarından ibarət 50 üzvü arasında səsvermə keçirilir.

2018-ci ildə 4 turnirin qalibi olmuş Cokoviç "Formula 1" üzrə dünya çempionu Lüis Hemilton, ABŞ basketbolçusu Lebron Ceyms, fransalı futbolçu Kilian Mbappe, keniyalı marafonçu Eliud Kipçoqe və xorvatiyalı futbolçu Luka Modriçi üstələyib.

1news.az

Paylaş:
543

Son xəbərlər

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41
Bütün xəbərlər