İlk yerli elektron köşk məhsulları – STP terminal – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İlk yerli elektron köşk məhsulları – STP terminal – FOTO

12:00 - 08 / 04 / 2019
İlk yerli elektron köşk məhsulları – STP terminal – FOTO

Sumqayıt Texnologiyalar Parkının (STP) istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək.

STP terminallara ödəmə və bilet terminalları, o cümlədən növbə və informasiya köşkləri aiddir. Bu günə qədər Texnopark Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, Expressbank, Kapital Bank, Rabitə Bank və Easypay kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli məhsullarla təmin edib.

Azərbaycan brendi olan STP terminalları idxal olunan bənzər məhsullarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, terminalların karkas və konstruksiyası müştərinin istəyinə əsasən dizayn oluna, həmçinin sifarişçi şirkətin korporativ rənglərinə uyğun olaraq rənglənə bilir. Bunlarla yanaşı terminalların metal karkasını dözümlülük və təhlükəsizlik məqsədlərilə müxtəlif qalınlıqda hazırlamaq mümkündür. Eyni zamanda terminalların texniki baxışı da STP tərəfindən həyata keçirilə bilir. Ən əsası isə qeyd etmək lazımdır ki, yerli istehsal olan STP terminallarının qiymətləri xarici analoqları ilə müqayisədə daha münasibdir.

STP terminalları bütün dövlət qurumlarında, fəaliyyət növündən, sahəsindən asılı olmayaraq istənilən təşkilat və şirkətlərdə istifadə oluna bilər. Maliyyə-bank sektorunda xidməthaqqı, satış, vergi və digər ödəmələr üçün, nəqliyyat, idman, əyləncə sektorlarında bilet satışı üçün, təhsil və səhiyyə sahələrində bir sıra digər məqsədlər üçün terminalların tətbiqi olduqca faydalıdır. Hazırda pərakəndə satış və restoranlarda özünəxidmət həlləri həyata keçirmək üçün geniş imkanlar mövcuddur. Terminallar eyni zamanda informasiya təqdim etmək məqsədilə də istifadə oluna bilər. Belə ki, terminallar müraciətçilərə müəssisə haqqında yazılı məlumat təqdim etmək, müxtəlif layihə və tədbirlərin foto və videolarını göstərmək, bu və ya digər xidmətdən yararlanmaq üçün məlumatlandırmaq və s. baxımdan əlverişlidir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Sumqayıt Texnologiyalar Parkı bütün dövlət qurumlarını və ölkədə fəaliyyət göstərən şirkətləri əməkdaşlığa dəvət edir. “STP Terminal” məhsulları haqqında suallara cavab almaq və ya əlavə məlumat əldə etmək üçün [email protected] email ünvanına yaza, həmçinin *0990 qısa nömrəsinə zəng edə bilərsiniz.

Qeyd edək ki, “STP Terminal” məhsulları Texnoparkın Elektrik Avadanlıqları Zavodunda istehsal olunur. Zavodda innovativ texnologiyaların tətbiqi ilə Avropa standartlarının tələblərinə cavab verən müxtəlif çeşiddə məhsullar istehsal olunur. İstehsal prosesində Almaniya, Finlandiya, ABŞ istehsalı olan avadanlıqlar istifadə edilir.

Reklam hüququnda

Paylaş:
797

Son xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər