İrandan Azərbaycana 129 kiloqrama yaxın heroin keçirilməsinin qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana 129 kiloqrama yaxın heroin keçirilməsinin qarşısı alınıb – FOTO

16:33 - 18 / 06 / 2019
İrandan Azərbaycana 129 kiloqrama yaxın heroin keçirilməsinin qarşısı alınıb – FOTO

Dövlət Gömrük Komitəsi əməkdaşlarının daha bir uğurlu əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə - heroin aşkar edilərək dövriyyədən çıxarılıb.

Komitədən 1news.az-a verilən məlumata görə, Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan ölkə ərazisinə daxil olacaq "İveco" markalı, B979SAL/B876SAL nömrə nişanlı yük nəqliyyat vasitəsində Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana yüksüz daxil olan, Türkiyə vətəndaşı Karataş İmdatın idarə etdiyi "İveco" markalı, B979SAL/B876SAL dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə "Maylo" ləqəbli kinoloji xidmət iti tətbiq edilib. Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının kabininə reaksiya verdiyindən yoxlama davam etdirilib və nəqliyyat vasitəsinə "Heimann Cargo Vision" rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı avtomobilin kabinində- sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub. Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin kabinində- oturacaqların arxa hissəsindəki yataq yerinin altında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda sonradan kustar üsulla metal lövhələrdən hazırlanan düzbucaqlı formalı çənin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərlərində "GOLD 2018 TAK" yazısı olan cəmi 251 ədəd düzbucaqlı formalı, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 128 kq 689 qram təşkil edən bağlamalar aşkar olunub. Baxış zamanı bağlamalarda spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
467

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər