“İrşad Elektronics”in rəhbərinin ölüm səbəbi üzə çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrşad Elektronics”in rəhbərinin ölüm səbəbi üzə çıxdı

12:06 - 18 / 10 / 2018
“İrşad Elektronics”in rəhbərinin ölüm səbəbi üzə çıxdı

Sentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Hacıyevin ölümü ilə bağlı təyin edilən ekspertizanın nəticəsi məlum olub.

1news.az-ın verdiyi xəbərə görə, Publika.az-a açıqlama verən mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev deyib ki, məhkəmə-tibbi ekspertizası qardaşının qəbul etdiyi ürək dərmanı səbəbindən vəfat etdiyini bildirib. Belə ki, həmin gün evdə tək olan iş adamı ürəyindəki narahatlıq səbəbindən bir neçə həb qəbul edib. Lakin bu həblər onun vəziyyətinin yaxşılaşmasına kömək etməyib və İ.Hacıyev tormboemboliya (ürək damarlarının tromblaşması) səbəbindən vəfat edib.

Əhəd Hacıyev əlavə edib ki, qardaşının hər hansı problemi, sıxıntısı olmayıb: “O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Mərhumun ailəsi ekspertiza rəyindən sonra cinayət işinə xitam veriləcəyini bildirib.

“İrşad telekom” sahibinin ölümündə kriminal izlər – YENI İDDİALAR

“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi – RƏSMİ

S.Xankişiyeva

 

Paylaş:
4655

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər