İsveçrədə azərbaycanlı pianoçuların konserti təşkil olunub – FOTO
Səfirlikdən aldığımız məlumata görə, İsveçrənin Val-de-Travers kantonunun Couvet qəsəbəsində həmin kantonun adını daşıyan beynəlxalq piano yarışması keçirilməkdədir.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, yarışmada azərbaycanlı gənc pianoçular Leyla Kazımova və Rüstəm Zeynalov iştirak edirlər.
Beynəlxalq piano yarışması çərçivəsində 09 iyul 2019-cu il tarixində Couvet qəsəbəsinin “Temple de Couvet” kilsəsində “Azərbaycan Dostları” birliyinin sədri Arzu Əliyeva tərəfindən Azərbaycanlı pianoçuların konserti təşkil olunmuşdur.
Konsertdə pianoçular tanınmış Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər.
Konsertdə qəsəbənin ictimaiyyətinin nümayəndələri və Səfirliyin əməkdaşları iştirak etmişlər.
S.Xankişiyeva