İsveçrədə beynəlxalq pianoçular müsabiqəsi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçrədə beynəlxalq pianoçular müsabiqəsi keçirilib – FOTO

14:20 - 20 / 05 / 2019
İsveçrədə beynəlxalq pianoçular müsabiqəsi keçirilib – FOTO

Mayın 17-də Cenevrədə Azərbaycan Respublikasının əməkdar artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunan beynəlxalq pianoçular müsabiqəsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, müsabiqə 1996-cı ildən etibarən fəaliyyət göstərir və hər dəfə orada 250-dən çox iştirakçı yarışır. 

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova tədbirdə çıxış edərək Beynəlxalq Pianino Müsabiqəsinin uğurlu təşkilinə görə Adilə Əliyevaya təşəkkür ifadə edib və onun səyləri nəticəsində bu müsabiqəyə hər il daha çox iştirakçının qatıldığını söyləyib. O, keçən il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən xüsusi mükafatın təsis edildiyi barədə məlumat verərək, ənənənin bu il də davam etdirilməsindən məmnunluğunu dilə gətirib və hazırkı müsabiqədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sponsorluğu ilə Heydər Əliyev adına xüsusi mükafatın 5 iştirakçıya təqdim edilməsindən qürur duyduğunu vurğulayıb. 

Daha sonra X.Ibrahimova tərəfindən Heydər Əliyev fenomeni haqqında auditoriyaya məlumat verilib. Qeyd edilib ki, ümummilli lider ölkəmizin ən çətin dövrlərində xalqın tələbi ilə hakimiyyətə gəlib və 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edib. Keçən əsrin 90-cı illərin əvvəllərində qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və iqtisadi tənəzzül Azərbaycanı mövcudluq mübarizəsi aparmağa vadar edib və belə çətin dövrdə məhz Heydər Əliyev Azərbaycan dövlətçiliyini qoruyaraq, ölkənin gələcək inkişafının təməlini qoyub.

Çıxışda həmçinin Azərbaycanın musiqi ənənələrinin zənginliyinə dəlalət edən faktor kimi Azərbaycanın Avroviziya mahnı müsabisində iştirakı qeyd olunub.

Çıxışlardan sonra qaliblərə mükafatlar, o cümlədən Heydər Əliyev mükafatı təqdim edilib və qaliblərin ifasında musiqi parçaları ifa edilib. 

Qeyd edək ki, bu ilki qaliblər arasında beş həmreylimiz də var. Həmçinin bu il ilk dəfə olaraq İsveçrənin Bern şəhərində yaradılmış Qarabağ Azərbaycan dili məktəbinin şagirdi də müsabiqədə iştirak edib. İsveçrə təhsil sisteminə inteqrasiya olummuş bu məktəbdə Azərbaycan dili, ədəbiyyatı və tarixi ilə yanaşı, şagirdlərə milli rəqs və musiqi dərsləri də keçilir.

1news.az

Paylaş:
986

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər