İtaliyada yaşayan türk jurnalist tarixi uğura imza atdı – FOTO | 1news.az | Xəbərlər
Dünya

İtaliyada yaşayan türk jurnalist tarixi uğura imza atdı – FOTO

11:21 - 19 / 09 / 2018
İtaliyada yaşayan türk jurnalist tarixi uğura imza atdı – FOTO

Uzun illər İtaliyada yaşayan, eyni zamanda çox sayda media qurumunda təmsil olunan türk jurnalist, həmçinin İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin  rəhbəri Dündar Keşaplı, Maltanın önəmli və köklü komandası “Sliema Wanderers” futbol klubunda məsul vəzifəyə təyin olunub.

25 ildən çox uğurlu jurnalist karyerasında çoxsaylı önəmli və özəl xəbərlərə imza atmasıyla tanınan Keşaplı “Sliema Wanderers” klubunun mətbuat və ictimaiyyətlə əlaqələr direktoru vəzifəsini icra edəcək. Keşaplı bununla yanaşı klubun UEFA ilə əlaqələrini həyata keçirəcək. Dündar Keşaplı belə bir vəzifəyə gətirilən ilk Türkdür. “Sliema Wanderers” klubunun prezidenti Keith Perry, Keşaplı ilə anlaşmış olmaları ilə bağlı “sizinle burada birlikdə işbirliyi həyata keçirib, çalışmaq mənim üçün qürurvericidir. Sizin təcrübələrinizlə birlikdə “Sliema Wanderers”ın daha da irəli gedəcəyini düşünürəm”, -deyə bildirib.

Jurnalist Keşaplı da ona həvalə edilən vəzifəyə görə, məmnunluq  duyduğunu bildirərək, “gözəl bir işbirliyi olacaq. Bir ailə kimi olacağımızı düşünürəm. Bu vəzifəni də çox yaxşı formada yerinə yetirərək, klubu beynəlxalq və hər cür rəsmi tədbirlərdə uğurla təmsil edəcəyəm”, -  deyə vurğulayıb.

İmza törənində “Sliema Wanderers”in prezidenti Perry ilə birliktə klubun baş direktoru sabiq italyan futbolçu Gianfranco Guazzoli də iştirak edib.

Xatırladaq ki, Dündar Keşaplı İtailya idman tarixində bir ilkə imza ataraq, 2009-cu ildə İtaliya İdman Yazarları Dərnəyi İdarə Heyəti üzvlüyündə seçilmişdi. Bu gün hal hazırda idarə heyətinin xarici əlaqələr vəzifəsini icra etməklə yanaşı, Keşaplı nüfuzlu SKYTG24 və TGCOM24 xəbər kanallarında şərhçi kimi çıxış edir. O, həmçinin hazırda Türkiyənin TRT Spor və A spor kanallarının İtaliya təmsilçisidir.

Əli

 

Paylaş:
1000

Son xəbərlər

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56
Bütün xəbərlər