İtaliyanın “Scenari Internazionali” jurnalında Bakının Expo 2025 sərgisinə namizədliyi ilə bağlı məqalə dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

İtaliyanın “Scenari Internazionali” jurnalında Bakının Expo 2025 sərgisinə namizədliyi ilə bağlı məqalə dərc olunub

16:27 - 14 / 11 / 2018
İtaliyanın “Scenari Internazionali” jurnalında Bakının Expo 2025 sərgisinə namizədliyi ilə bağlı məqalə dərc olunub

İtaliyanın “Scenari Internazionali” jurnalı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Bakının “Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi barədə “Xəzər dənizinin xəzinəsi olan Bakının namizədliyi” sərlövhəli məqaləsini dərc edib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, məqaləsində M.Əhmədzadə ölkəmizin son illərdə çoxsaylı beynəlxalq mötəbər tədbirlərə ev sahibliyi etməkdə qazandığı və onların yüksək səviyyədə təşkilində sübuta yetirdiyi təcrübəsindən bəhs edir və Bakıda Expo sərgisinin təşkilinin bu təcrübənin məntiqi davamı olacağını qeyd edir.

Diplomat Bakının namizədliyinin irəli sürməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verərək Azərbaycanın “Expo 2025” sərgisi üçün “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun universal və aktual bir mövzu olaraq ölkəmizin uzunmüddətli milli inkişaf strategiyasına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluq təşkil etdiyini vurğulayır.

M.Əhmədzadə ölkəmizin əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşdiyini, Şərq ilə Qərb, Şimal ilə Cənub arasında siyasi, ticarət və mədəni körpü rolunu oynadığını, dövlət müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizin keçdiyi yol, inkişaf strategiyası, sosial-iqtisadi inkişafı, yoxsulluq və işsizliyə qarşı mübarizə, təhsilin inkişafı üzrə həyata keçirilmiş tədbirlər və onların nəticələri barədə də danışır.

Diplomat məqaləsində, eləcə də Azərbaycan-İtaliya əlaqələrinə də toxunaraq, bu əlaqələrin strateji tərəfdaşlıq xarakterinə malik olduğu, bunun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı qəbul olunmuş Birgə Bəyanatda təsbit olunduğu, iki ölkə arasında davamlı olaraq yüksək səviyyəli siyasi dialoqun mövcud olduğu, bu xüsusda cari il ərzində İtaliya Prezidenti Sercio Mattarella və Senatının Sədri Maria Elisabetta Alberti Kasellatinin ölkəmizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərinin həyata keçirildiyi, iqtisadiyyat və mədəniyyət sahəsində geniş əməkdaşlıqdan da bəhs edir. 

Azərbaycanın 2015-ci ildə Expo Milan sərgisində uğurlu iştirakını da diqqətə çatdıran M.Əhmədzadə orada Azərbaycan pavilyonunun böyük rəğbət qazandığını, həmin pavilyonun qısa müddət öncə Bakı bulvarında qurulduğu, eləcə də “Expo 2025 Bakı” sərgisi üçün nəzərdə tutulan ərazinin xüsusiyyətləri  barədə də danışır.

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.scenari-internazionali.com/speciale-expo-2025-ambasciatore-ahmadzada-la-candidatura-di-baku-gioiello-del-mar-caspio/?fbclid=IwAR0HbM0Y9aRcn2rTSRCPrYq8sDo0BT82FW9keAZ9eVM4s42ozhv52w4_mKg

S.Xankişiyeva

 

Paylaş:
586

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər