Əflatun Amaşov: Jurnalist Həbibə Abdulla ilə bağlı məsələ Şuranın diqqət mərkəzindədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Əflatun Amaşov: Jurnalist Həbibə Abdulla ilə bağlı məsələ Şuranın diqqət mərkəzindədir

22:47 - 14 / 05 / 2019
Əflatun Amaşov: Jurnalist Həbibə Abdulla ilə bağlı məsələ Şuranın diqqət mərkəzindədir

Söz və ifadə azadlığının təmin oluduğu, informasiya əldə edilməsi sahəsində təkmil qanunverilicik bazasının formalaşdığı Azərbaycanda bu ali dəyərlərə uyğun məsuliyyət kateqoriyaları və mexanizmləri müəyyənləşib.

1news.az xəbər verir ki, bu haqda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

“Mövcud durumda hər kəsin, xüsusən məmurların, tutduğu mövqe və status ictimai əhəmiyyət daşıyan, cəmiyyətin diqqət mərkəzində olan vəzifəli şəxslərin üzərinə düşən konkret öhdəliklər var. Dövlətə, Vətənə sədaqət, dürüstlük və vicdanlılıq meyarları həmin öhdəliklərə yanaşma tərzinə əsasən ölçülür.

Cəmiyyətin informasiya ilə təminatında iki qütb iştirak edir ki, bunlardan biri jurnalistlərdirsə, digəri informasiya daşıyıcıları olan hüquqi və fiziki şəxslərdir. Bu iki qütbün bir-birilə münasibətlərinin düzgün qurulması, qarşılıqlı əməkdaşlığa əsaslanması yalnız etik dəyərlər baxımından prioritet göstərici deyil, eyni zamanda qanunlarımızın tələbidir. Buna görə onların hər ikisinin fəaliyyətlərinə həssas yanaşmaları, daşıdıqları missiyanın məsuliyyətini dərindən dərk etmələri mütləq şərtdir. Təəssüf ki, cəmiyyətimizdə bunu nəzərə almayanlar da var. “Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı Həbibə Abdulla ilə bağlı yaşanmış olay bunu deməyə əsas verir.

H.Abdulla Azərbaycan Mətbuat Şurasına ünvanladığı açıq məktubunda Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev, həmçinin Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev tərəfindən təhqir olunduğunu, hədə-qorxulara məruz qaldığını bildirib. Onun məsələ ilə bağlı izahatlarından gəlinən qənaət bundan ibarətdir ki, jurnalist peşə öhdəliklərinə uyğun işin icrasına məsuliyyətlə yanaşdığı halda, nalayiq münasibətlə üzləşib”, - deyə o, qeyd edib.

Qurumun sədrinin sözlərinə görə, Mətbuat Şurası jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetirmələri zamanı hər hansı xoşagəlməz rəftarla, qanunsuzluqla üzləşmələri faktlarını qətiyyətlə pisləyir.

“Şuranın H.Abdulla ilə bağlı duruma yanaşması da eyni mövqedən qaynaqlanır. Heç bir halda cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, hansısa media orqanının əməkdaşı peşə vəzifəsini icra edərkən təhqirə və hədə-qorxuya məruz qala bilər. Buna dair şübhənin olması belə demokratik cəmiyyət quruculuğu prinsiplərinə zidd təmayüldür. Tutduğu statusdan asılı olmayaraq, hər bir vəzifə sahibinin məsələni məhz bu kontekstdə dəyərləndirməsi mütləqdir.

Azərbaycan Mətbuat Şurası müvafiq dövlət qurumlarını jurnalist Həbibə Abdulla ilə bağlı məsələni diqqətdə saxlamağa, insidenti dərindən araşdırmağa çağırır. Şura əmindir ki, günahkarların qanunlarımız çərçivəsində məsuliyyət daşımalarının təmin olunmasına həssas yanaşılacaq, bu istiqamətdə zəruri ölçü götürüləcəkdir”,  - deyə Ə.Amaşov vurğulayıb.

1news.az

Paylaş:
1695

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər