“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

16:50 - 21 / 01 / 2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Udivitelnıye lyudi” proqramında qeyri-adi istedadı ilə hamını təəccübləndirən azərbaycanlı vunderkind Ruslan Səfərova xarici və yerli təhsil müəssisələrində oxumaq təklif olunur.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Kalkulyator uşaq” adlandırılan 7 yaşlı Ruslanı öz məktəblərində görmək istəyənlər arasında yerli təhsil ocaqları ilə yanaşı, Rusiyanın Moskva, Sankt-Peterburq və Soçi şəhərlərində yerləşən liseylərdə var.

Ruslan Səfərov Qusar şəhərində yaşayır. Ailənin yeganə övladı olan istedadlı balaca şəhər 4 nömrəli tam orta məktəbin ikinci sinfində oxuyur. İkinci sinfə getsə də, mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edə bilir. Kökaltı ifadələr, faiz göstəriciləri və alqoritm məsələlərinin həlli onun üçün su içmək kimi asandır.

“Kalkulyator uşağ”ın atası Fuad Səfərov bildirib ki, Ruslanın gələcək təhsili ilə bağlı ən real təklif Bakı Oksford Məktəbindən gəlib. Onlar balaca istedadın bütün təhsil xərclərini öz üzərlərinə götürürlər. “Rusiyadan gələn təkliflər də cəlbedicidir. Amma oradakı liseylərə 5-ci sinifdən qəbul edirlər. Bakı Oksford Məktəbi isə elə bu ildən Ruslanı qəbul etmək istəyir. Amma mən və həyat yoldaşım Qusarda işlədiyimizə görə Ruslanı Bakıya tək göndərə bilmirik. Onun paytaxtda təhsil alması üçün ailəliklə ora köçməliyik”, - deyə Fuad Səfərov qeyd edib.

Atası coğrafiya müəllimi, anası isə tibb işçisi olan vunderkind yaş yarımlığında gəzməyi öyrənib, eyni vaxtda da danışmağa başlayıb. Ruslan Səfərov böyüyəndə proqramçı olmaq istəyir.

“Riyaziyyata böyük həvəsim var. İlk vaxtlarda hesablamalar mənə çətin gəlirdi. Sonra misalların asan həll yollarını tapdım. İndi çətin hesablamaları, hətta kökaltı misalları da qısa vaxtda sərbəst həll edə bilirəm. Mənə hesablamaları atam və babam öyrədib. Çalışıram nəticələrimi bir az da yaxşılaşdırım. Gələcəkdə proqramçı olmaq istəyirəm”, - deyə balaca vunderkind bildirib.

Atası Ruslanın qeyri-adi bacarığını videoya çəkərək “YouTube” kanalına yüklədikdən sonra Rusiya telekanalından “Udivitelnıye lyudi” proqramında çıxış etmək üçün təklif gəlib. Bundan sonra Rusiya və Belarusun bir sıra telekanallarında uğurla çıxış edən azərbaycanlı vunderkind indi dünyada məşhurlaşıb.

1news.az

Paylaş:
473

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər