Kapital Bank-ın müştərisi Milana səyahət qazandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank-ın müştərisi Milana səyahət qazandı

12:00 - 25 / 09 / 2018
Kapital Bank-ın müştərisi Milana səyahət qazandı

Kapital Bank, BirKart müştəriləri üçün “Bütün taksitlər Milana aparır” adlı stimullaşdırıcı lotereya keçirib.

24 sentyabr tarixində lotereyanın son tirajı keçirildi və 100 müştəri 50 manat pul, 10 müştəri 300 manatlıq ölkədaxili səyahət sertifikatı və 1 nəfər iPhone X uddu. Bir müştəri isə əsas hədiyyəni – Milana 2 nəfərlik səyahət və 2 000 manat qazandı. Qaliblərin siyahısı saytda qeyd olunub – www.kapitalbank.az/news/milan-475 .

Şərtlərə görə 15 may – 15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərdilər. Həyata keçirilən hər taksit əməliyyatı bir şansa bərabər idi.

Qeyd edək ki, BirKart-ı artıq məvacib və pensiyasını Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, Kapital Bank-ın istənilən filialına kart üçün müraciət edə bilərlər. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı. Visa kartları əsasında olan BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

Reklam hüququnda

 

 

Paylaş:
552

Son xəbərlər

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29
Bütün xəbərlər