Kardinal Canfranko Ravazi: Azərbaycanla əməkdaşlığımız çox yüksək səviyyədədir | 1news.az | Xəbərlər
Siyasət

Kardinal Canfranko Ravazi: Azərbaycanla əməkdaşlığımız çox yüksək səviyyədədir

15:05 - 16 / 10 / 2018
Kardinal Canfranko Ravazi: Azərbaycanla əməkdaşlığımız çox yüksək səviyyədədir

Vatikan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, əməkdaşlığımız müxtəlif sahələri əhatə edir.

Vatikan muzeyi, Vatikan kitabxanası və katakombalar ilə bağlı həyata keçirdiyimiz birgə layihələr böyük əhəmiyyət daşıyır. Xüsusilə Romada Müqəddəs Sebastian katakombalarının bərpası ilə bağlı əməkdaşlıqdan çox razıyıq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Vatikan Dövlətinin Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti Kardinal Canfranko Ravazi söyləyib.

Canfranko Ravazi Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının bu yaxınlarda Romada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılış mərasiminin keçirildiyini xatırladaraq bunun önəmini qeyd edib.

Kardinal deyib ki, ümumilikdə katakombalarda bərpa işləri davam edir. Bu işlər başa çatandan sonra restavrasiya edilmiş bütöv sərdabələrin sayı on iki olacaq. Bu, çox incə işdir, mərmər sərdabələr hələ qədim zamanlarda (1700-1900 il əvvəl) təbii boyalarla rənglənib. “Freskalarının gözəlliyi ilə seçilən, lakin heç zaman bərpa edilməmiş katakombalarımız var idi və bütün səylərimi onların bərpasını təmin etməyə yönəltmişdim. Bir çox yerə müraciət etmişdim, ancaq Azərbaycan tərəfinə - Heydər Əliyev Fonduna təşəkkür edirəm ki, müraciətimizə dərhal müsbət cavab verdi”, - deyə kardinal Canfranko Ravazi diqqətə çatdırıb.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti kitabxana sahəsində aparılan əməkdaşlığın vacibliyini də qeyd edib. O bildirib ki, Vatikan kitabxanasında Azərbaycana aid çoxsaylı əlyazma mövcuddur. Azərbaycandan alimlər bu əlyazmalarla tanış olmaq məqsədilə Vatikana gəliblər. Araşdırılmış materiallar elektron formada Azərbaycan tərəfinə təqdim edilib ki, bu materiallar Bakıda da olsun.

S.Xankişiyeva

 

Paylaş:
315

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər