Kənan MM blogeri hədələdi: “Sənin də cənazə namazını qılacağam, az qalıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kənan MM blogeri hədələdi: “Sənin də cənazə namazını qılacağam, az qalıb”

15:48 - 22 / 10 / 2018
Kənan MM blogeri hədələdi: “Sənin də cənazə namazını qılacağam, az qalıb”

Rejissor Kənan MM bloger Əlixan Rəcəbov haqqında sərt sözlər deyib.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, Kənan MM Ə. Rəcəbovun onun rejissou olduğu "Gecə qonağı 2” filmini tənqid etməsindən qəzəblənib.

Rejissor blogeri səviyyəsiz adlandırıb:

"Bu insan mənim 9 ay üzərində çalışdığım "Gecə qonağı 2” filmini ələ salmışdı. Özü guya sənətçidir. Səviyyəsiz, sənətdən bixəbər, düşük videolar müəllifi… Zəng elədim, dedim nə məsələdir? Dedi ki, mən fikrimi söyləməkdə sərbəstəm. Ok, mən də fikrimi söyləməkdə sərbəstəm. İnternet kuklası, mənim dırnağımın bildiyini sənin başının bir hissəsi bilmir. Yaşın qədər təcrübəm var.

Ürəksiz, duyğusuz nəfəs alan kukla. Nəinki sənin, sənə dəstək olan insanların başı üçün deyil mənimlə sənətdən danışmaq. Mən sənətə instaqramla gəlməmişəm. Sən elə instaqramın pəncərəsi boydasan. Sən hələ get "Gecə qonağı” filminin "g” hərfi boyda iş gör, sonra… Dostluğumda olan xəbərçilər çatdıra bilər. Sənin də cənazə namazını qılacağam, az qalıb. Adımdakı "M” hərfinin biri sən boydadır.

Hə, bir də niyə indi cavab verirəm? ona görə ki, ürəyim belə istədi. Mən beləyəm. Kimisə nəsə narahat eləsə, kiməsə nəsə ləzzət eləməsə, burdayam. Bu insana görə mənə zəng edən də cavabını alacaq. Gözləyirəm, sən mən gedən yolları gedə bilməzsən, balaca. Sənin pul verib girə bilmədiyin yerə mən salam verib girirəm”.

1news.az

Paylaş:
487

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər