Keyfiyyətli “Mumuso” məhsulları artıq Azərbaycanda – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Keyfiyyətli “Mumuso” məhsulları artıq Azərbaycanda – FOTO – VİDEO

10:30 - 18 / 07 / 2018
Keyfiyyətli “Mumuso” məhsulları artıq Azərbaycanda – FOTO – VİDEO

Tanınmış beynəlxalq Koreya brendinə məxsus life-style mağazalar şəbəkəsi “Mumuso”nun  Azərbaycanda ilk mağazasının açılışı olub.

Yeni mağaza Bakının mərkəzində,  Nizami küç 58 ünvanında yerləşir və aşağıdakı kateqoriyalar üzrə 2 mindən artıq keyfiyyətli və müasir məhsullar təqdim edəcək:

- Gözəllik və gigiyena

- Uşaq malları

- Geyim və aksessuarlar

- Elektronika malları

- Məişət ləvazimatları

- Çantalar

- Ev tekstili

- Dəftərxana ləvazimatları

Yüksək keyfiyyətli məhsul, funksionallıq, zəngin çeşid və  əlçatan qiymətlər “Mumuso” mağazalarının qapılarını müştərilərinin üzünə açacaq əsas üstünlüklərindəndir.

“Mumuso” məhsullarının Azərbaycandakı  rəsmi eksklüziv idxalçısı peşəkarlar komandasının səyləri nəticəsində 2017-ci ildən uğurlu fəaliyyətə başlamış “MUMUSO Azerbaycan” MMC-dir. Şirkət bütün Azərbaycan ərazisində inkişaf etmək və iştirakını genişləndirməyi planlaşdırır.

“Biz dünyaca tanınmış  və sevilən Asiya brendini bakılılara və şəhərimizin qonaqlarına təqdim etmək imkanından məmnunuq. Bu gün məhsullarımız Koreya, Çin, Vyetnam, Filippin, Sinqapur, Avstraliya, Tailand, Türkiyə, BƏƏ, İndoneziya və artıq Azərbaycanda da mövcuddur. Bu, bizim Azərbaycanda ilk mağazamızdır və böyük ruh yüksəkliyi və əminliklə inanırıq ki, yerli bazarda özünəməxsus yerimizi tuta biləcək və bu sahənin daha da inkişaf etməsinə öz töhfəmizi verə  biləcəyik. İnanırıq ki, şəhərimizin sakinləri “Mumuso”nun müasir dizayn həllərini yüksək qiymətləndirəcək və sevəcəklər”, – deyə “Mumuso Azerbaycan” ın icraçı direktoru Fərrux Zeynalov qeyd etdi.

Mağazanın rəsmi açılışı münasibətilə aksiyalar keçirilib, müəyyən məhsullara endirim, eləcə də maraqlı müsabiqə və oyunlar olub.

Qeyd:  Koreya brendinə məxsus life-style mağazalar şəbəkəsi “Mumuso” 2014-cü ildə Asiyada fəaliyyətə başlayıb və bu gün brendin dünya üzrə 500-dən çox mağazası mövcuddur.

“Mumuso”nun emblemi – Cənubi Koreya çiçəyi Hibiskus zəriflik və davamlılıq  rəmzidir.  Hibiskus kulinariya, tibb, kosmetika və parfümeriya sahələrində  istifadə olunur. O, gözəl və iddiasızdır, çiçəklənmə dövrü isə digər çiçəklərdən fərqli olaraq, daha uzundur. Buna görə koreyalılar onu “ölməz” adlandırır.

www.mumuso.com/az/ru

Reklam hüququnda

 

Paylaş:
2823

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər