Koçaryan həbs oluna bilər | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan həbs oluna bilər

11:02 - 26 / 11 / 2018
Koçaryan həbs oluna bilər

Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində həbs şəklində ehtiyat tədbirinin seçilməsi haqqında məhkəmə iclası 27 noyabrda olacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə erməni KİV-i məlumat yayıb.

Daha əvvəl, noyabrın 15-də Ermənistan Kassasiya Məhkəməsi Koçaryanın həbsdən azad olunmasını qanunsuz hesab edərək, onun cinayət işini Appelyasiya Məhkəməsinin baxılmasın göndərib. Bundan əvvəl isə, sentyabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezidentlər Koçaryan və Sarkisyanı “siyasi cəsədlər” adlandırıb.  

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilib.

Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
944

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər