Köçəryan: Mənim həbsimlə Azərbaycanda yaşanacaq sevinci təsəvvür edirəm | 1news.az | Xəbərlər
Ermənistan

Köçəryan: Mənim həbsimlə Azərbaycanda yaşanacaq sevinci təsəvvür edirəm

16:55 - 27 / 07 / 2018
Köçəryan: Mənim həbsimlə Azərbaycanda yaşanacaq sevinci təsəvvür edirəm

Sabah yox, o biri gün türməyə düşə bilərəm, gedərəm, cəzamı çəkərəm, sonadək mübarizə apararam. Tamamilə qurma ittihamdır.

1news.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Emənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.

Köçəryan qeyd edib ki, o, xüsusi olaraq ifadə verməyə gəlib və ittihamla tanış olduğu anda dəhşətə gəlib.

“Mən Azərbaycanda yaşanacaq, sevinci, zövqü təsəvvür edirəm. Bu hədiyyəni onlara bəxş edin. Mən ifadə vermək üçün xüsusi olaraq gəlmişəm. Mənim statusumu dəyişən kimi, ifadə verməmək qərarına gəlmişdim, ona görə ki, bu ittihamı oxuyanda dəhşətə gəldim”, - deyə Köçəryan vurğulayıb.

Onun sözlərinə görə, ən ehtimal olunan ssenari onu həbs etməkdir və o, qaçmayacaq.

“Bəli mən sabah yox, o biri gün türmədə ola bilərəm. Gedərəm, oturaram və sonadək mübarizə apararam. Əgər qaçacağımı düşünürlərsə, yox niyə qaçmalıyam. Son 2.5 il ərzində mənim iştirakımla bütün tarixi əhatə edən, mənim həyatımı əks etdirən kitab yazıram. Hədsiz dərəcədə maraqlı olacaq, bu kitabda mətbəx səviyyəsində olan bütün söhbətlər barədə yazılıb”, - deyə o əlavə edib.

S.Xankişiyeva

 

Paylaş:
993

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər