L’Opinione: “Expo-2025” sərgisi ilə bağlı Bakıda böyük işlər görülür | 1news.az | Xəbərlər
Siyasət

L’Opinione: “Expo-2025” sərgisi ilə bağlı Bakıda böyük işlər görülür

18:12 - 16 / 12 / 2017
L’Opinione: “Expo-2025” sərgisi ilə bağlı Bakıda böyük işlər görülür

İtaliyanın nüfuzlu “L’Opinione” qəzetində Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun tədqiqatçısı Domeniko Letisiyanın müəllifi olduğu “Azərbaycanın Expo-2025 üçün baxışı” sərlövhəli məqalə dərc edilib.

1news.az-ın verdiyi xəbərə görə, məqalədə müəllif beynəlxalq sərgilərin bəşəriyyətin inkişafında əhəmiyyətini qeyd edir, onların 160 ildən artıq müddətdə dünyada təhsilin, innovasiyanın və əməkdaşlığın təşviqinə böyük töhfə verdiklərini və ölkələrin bu sərgilər vasitəsilə öz mədəniyyətlərini, bacarıqlarını, memarlıq və texnoloji üstünlüklərini nümayiş etdirmək imkanı qazandıqlarını bildirir.

Müəllif beynəlxalq sərgilərin hazırda hər hansı bir ölkənin XX əsrdə milli nüfuz elementi hesab olunan sənaye uğurlarını göstərən imkan deyil, daha çox dövrümüzün ən vacib beynəlxalq xarakterli məsələlərinin müzakirə edildiyi qlobal platforma olduğunu yazır. Vurğulayır ki, “Expo-2025”-ə ev sahibliyi üçün paytaxt Bakı şəhərinin namizədliyini irəli sürmüş Azərbaycan da bu mövqedən çıxış edir və bu sərgiyə “İnsan kapitalını inkişaf etdirmək, daha yaxşı gələcək qurmaq” şüarı ilə gedir.

Müəllif insan kapitalı dedikdə birgə potensial, həmçinin istedad, fərasət, yaradıcılıq, bilik və təcrübənin birlikdə cəminin nəzərdə tutulduğunu qeyd edərək, “Expo-2025”-in Bakıda keçiriləcəyi təqdirdə insana xas sərhədsiz bilik və bacarıqların kəşfi və onların sivil cəmiyyətin rifahı üçün daha yaxşı tətbiqi yollarının təhlili baxımından əlverişli imkan olacağını diqqətə çatdırır.

Məqalədə “Expo-2025” sərgisi ilə bağlı Bakı şəhərində böyük miqyaslı işlərin görüldüyü bildirilir, həmçinin sərginin Bakının infrastrukturunu daha da inkişaf etdirəcəyi vurğulanır. Qeyd olunur ki, ölkəmizin sərgi ilə bağlı irəli sürdüyü məqsədləri üç kateqoriyada - istedad, həyatilik və müvəffəqiyyət kimi cəmləşdirmək olar və bunlar BMT-nin bir sıra davamlı inkişaf məqsədləri ilə eynilik təşkil edir.

Müəllif “Bakı EXPO-2025” üçün ayrılması nəzərdə tutulan sahə haqqında da məlumat verərək, sərgi ilə bağlı ölkəmizin müvafiq qurumları tərəfindən Bakı şəhərində innovativ və möhtəşəm parkın salınmasının nəzərdə tutulduğunu diqqətə çatdırır.

S.Xankişiyeva

 

Paylaş:
432

Son xəbərlər

ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21
Bütün xəbərlər