Leyla Əliyevanın dəvəti ilə rusiyalı gənclərin Azərbaycana səfəri başa çatıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyevanın dəvəti ilə rusiyalı gənclərin Azərbaycana səfəri başa çatıb – FOTO

12:36 - 03 / 08 / 2018
Leyla Əliyevanın dəvəti ilə rusiyalı gənclərin Azərbaycana səfəri başa çatıb – FOTO

İyulun 24-31-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Gənclər və İdman Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda umummilli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.

Nümayəndə heyətinin üzvləri Gənclər və İdman Nazirliyində olub, gənclər və idman nazininin müavini İntiqam Babayevlə görüşüblər. Görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilib və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşüblər. Qonaqlar tərəfindən gənclər siyasəti ilə bağlı verilmiş suallar ətraflı cavablandırılıb. Moskva şəhəri Mədəniyyət departamentinin direktor müavini Vladimir Filippov səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib. Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi İdarə heyətinin üzvü Emin Hacıyev də iştirak ediblər.

Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib.

Növbəti gün Rusiya Federasiyasının gənclərdən ibarət nümayəndə heyətinin mədəniyyət nazirinin müavini Rafiq Bayramovla görüşü keçirilib, Azərbaycanda və Rusiyada keçirilən müxtəlif mədəni layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Moskva Hökumətinin Xarici İqtisadi və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Oleq Şutenko qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini hər iki ölkə və paytaxtlarımız üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Moskva İstirahət və Turizm Agentliyinin dövlət mədəniyyət müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva şəhər Mədəniyyət departamentinin əməkdaşı Artur Şukurovski, “Road to Moscow” təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy da görüşdə iştirak ediblər.

Növbəti gün nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət edərək Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Burada qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey barəsində geniş məlumat verilib.

Daha sonra nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzindəki “Azərbaycan inciləri” və “Mini Azərbaycan” sərgiləri ilə də tanış olublar.

Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyeva ilə görüşərək dəvət üçün təşəkkürlərini bildirib, səfər təəssüratları ilə bölüşərək, ona xatirə hədiyyələrini təqdim ediblər.

Növbəti günlər qonaqlar JARA-2018 Beynəlxalq Müsiqi Festivalının açılışında iştirak edib, Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi, Muzey Mərkəzi, Xalça Muzeyi, Qız Qalası, Şirvanşahlar sarayı, İçərişəhər ilə tanış olublar.

S.Xankişiyeva

Paylaş:
694

Son xəbərlər

Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16
Bütün xəbərlər