İlham Əliyev dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb

16:34 - 27 / 05 / 2016
İlham Əliyev dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

Elm sahəsi üzrə

Ramiz Mahmud oğlu Məmmədov  – “Azərbaycan Respublikasının coğrafiyası” üçcildlik monoqrafiyaya görə

Elbrus Kərim oğlu Əlizadə

Məhərrəm Səməd oğlu Həsənov

Zakir Namin oğlu Eminov

Ədəbiyyat sahəsi üzrə

Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev)   – “Seçilmiş əsərləri” oncildlik kitabına görə.

1news.az

Paylaş:
1201

Son xəbərlər

Bütün xəbərlər