Luka Modriç ilin ən yaxşı futbolçusu seçilib | 1news.az | Xəbərlər
Futbol

Luka Modriç ilin ən yaxşı futbolçusu seçilib

09:14 - 25 / 09 / 2018
Luka Modriç ilin ən yaxşı futbolçusu seçilib

İngiltərənin paytaxtı Londonda FIFA ötən ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, FIFA-nın prezidenti Canni İnfantino bu mükafatı İspaniyanın “Real Madrid” klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç təqdim edib.

Xorvatiyalı 2017/2018-ci il mövsümündə “Real Madrid” klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Həmçinin futbolçu Rusiyada keçirilən dünya çempionatının finalçısıdır. Modriç İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah və hazırda İtaliyanın “Yuventus” komandasında forma geyinən portuqaliyalı forvard Kriştianu Ronaldunu qabaqlayıb.

Ən yaxşı qadın futbolçu adına altıncı dəfə braziliyalı Marta layiq görülüb. Hazırda ABŞ-ın “Orlando Prayd” klubunda çıxış edən 32 yaşlı hücumçu Ada Hegersberq (“Lion” Fransa, Norveç) və Cenifer Marojanı (“Lion” Fransa, Almaniya) üstələyib.

Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros fərqləndirilib. O, Fransa “Lion”una Çempionlar Liqasını qazandırıb. Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.

Rəmzi yığmanın tərkibi isə belə olub: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, Nqolo Kante, Luka Modriç, Kriştianu Ronaldu, Kilian Mbappe, Lionel Messi. Ronaldu və Messi mükafatlandırma mərasimində iştirak etməyib.

“Fair Play” mükafatına Türkiyənin “Erzurumspor BB” klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görülüb. Ən yaxşı fanat nominasiyasında isə Peru azarkeşləri birinci yeri tutub.

1news.az

Paylaş:
686

Son xəbərlər

Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər