Mahir Mədətov dilemması: Nə üçün azarkeşlər Azərbaycan yığmasının hücumçusunu fitə basdı? | 1news.az | Xəbərlər
Futbol

Mahir Mədətov dilemması: Nə üçün azarkeşlər Azərbaycan yığmasının hücumçusunu fitə basdı?

12:05 - 17 / 10 / 2018
Mahir Mədətov dilemması: Nə üçün azarkeşlər Azərbaycan yığmasının hücumçusunu fitə basdı?

Azərbaycan yığmasının hücumçusu Mahir Mədətov son həftələrin ən çox müzakirə olunan mövzusdur.

Məsələ 21 yaşlı futbolçu Ağdamın “Qarabağ” komandasının və Azərbaycan yığmasının məşqçisi Qurban Qurbanovun ona verdiyi güzəştlər verməsində deyil. Gənc olmasına baxmayaraq Mahirdən istər oyunda, istərsə də karyerasında keyfiyyətli addım gözlənilir.

Mahir gah oyununa, gah da intizamsızlığına görə hər zaman göz özündə olub. Nümunə üçün, 2015-ci ildə Azərbaycanın gənclər (U-19) yığmasının məşqçisi Nazimi Süleymanov tərəfindən intizamsızlığına görə qovulub. Bundan sonra o, ağıllanaraq öz üzərində çalışmağa başlayıb. Çətin ki, Qurban Qurbanov öz komandasında nizam-intizamsız oyunçun sevsin.

Mahir Mədətov çox tərifləndi. Ötən mövsüm onun karyerasında ən məhsuldar oldu.  O, “Qarabağ”ın əsas oyunçusu olaraq “Kopenhagen”in qapısına qol vuraraq (1:0) Çempionlar Liqasında ağdamlıları qrup mərhələsinə yüksəltdi və Avropa klub turnirində pis oynamadı.

Altı ay əvvəl Mahir Mədətovun adı “Beşiktaş” və digər Avropa klublarına keçməkdə hallanırdı. Yay fasiləsindən sonra futbolçu sanki “şişdi”. İrəli addım atmaq əvəzinə Mahir tələbkarlığı azaltdı.

Həmçinin hüçumçu sosial şəbəkələrdə çox zaman keçirir və bəzən də onu tənqid edən pərəstişkarları ilə polemikaya qoşulur. Kosovo ilə ev oyunundan sonra (0:0) pərəstişkarlarına şikayət edib. “Əgər onlar deyir ki, futbolçular oynamır, o zaman özləri nə üçün stadiona gəlmir?”. Bu da futbolçularla azarkeşlər arasında gərginliyi daha da artırdı.

Bundan sonra Mahir Mədətov “Qarabağ”la “Arsenal” (0:3) oyunu, daha sonra isə “Malta” (1:1) zamanı fitə basıldı. Lakin Mahir Mədətovun şikayət etdiyi və milli yığmamızı dəstəkləmək üçün stadiona gəldiyi azarkeşlər təndiqə haqqı var. Bu haqda hər zaman yığmamızın baş məşqçisi Qurban Qurbanov da bildirib. Futbolçular azarkeşlər üçün oynayır, sadəcə pul qazanmaq üçün deyil. Mahir tənqid olunur, lakin ona heç kim nifrət bəsləmir. Əgər o ağıllanaraq bacarığını nümayiş etdirərsə, azarkeşlərin də sevgisini yenidən qazan bilər.  

Qurban Qurbanov dəfələrlə futbolçuya sosial şəbəkələrdən uzaq durmağı, bütün diqqətini futbola cəmləşdirməyi tövsiyyə edib. Malta ilə oyundan sonra futbolçu hisslərinə hakim ola bilməyib, soyunub-geyinmə otağında ağlayıb. Sosial şəbəkələrdə də isə onu bir çox futbolçular, eləcə də azarkeşlər dəstəkləyib.

Dünən isə Mahir Mədətov iki kanalda – ITV və Xəzər TV-də çıxış edərək bir çox sualları cavablandırıb.

 “Azarkeşərin məni fitə basmalarını gözləmirdim. “Arsenal”a qarşı oyundan sonra anlaya da bilmədin niyə mənə fit çalırlar. Ola bilsin ki, bir neçə məqamı gözdən buraxdım. Yığmaya gəlincə, bu, Kosovo ilə matçdan sonrakı bəyənatla bağlı ola bilər. O zaman dedim ki, istəyirəm bütün stadion dolu olsun, çünki xalqımız üçün oynayırıq. Bundan sonra bir çox mənfi şərhlər eşitdim.

Mən emosiyalara qapılıb ağlağan insan deyiləm. Sadəcə o zaman belə alındı. Bir müddət öncə Çempionlar Liqsından sonra sevindik, indi isə bu cür emosiyaları yaşamaq. Çox çətindir.

“Arsenal” ilə oyundan sonra Qurban Qurbanovla söhbətim oldu və o mənə sosial şəbəkələrdən istifadə etməyi qadağan etdi. Paylaşımlarıma gəlincə, “Şerif”lə (3:0) oyundan sonra mənfi rəylərə görə, sərt cavab verdim”- deyə Mahir Mədətov bildirib.

Son zamanalar daha çox müzakirə olunan ikinci məqam Mahir Mədətovun “Qarabağ”ın əsas heyətində oynamasıdır. Q.Qurbanov Malta ilə oyundan sonra qeyd edib ki, futbolçulara inanır.

“Mahir Mədətova qarşı çox təzyiq göstərilir. Onu da düşünməliyik. Bu oyunçuya ehtiyacımız var. Matçdan sonra Mahir soyunub-geyinmə otağında ağlayıb. Belə ki, ona azarkeşlərin təzyiqi təsir edib. Bütün tənqidlərin mənə istiqamətləndirilməsinin tərəfdarıyam. Bu oyunçulara inanmalıyıq. Onları güclü etmək istəyirəm. Bütün tənqidlərin özümə ünvanlanmasına hazıram”, - deyə o, bildirb.

1news.az AFFA-nın Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıxov və futbol eksperti Erkin İbrahimovdan bu barədə fikirlərini alıb.

Vaqif Sadıxov:

“Mahir hələ gəncdir, böyük təcrübəsi yoxdur, ona görə də tənqidə belə yanaşır. Lakin Mahir böyük ümidlər verən futbolçudur. Şübhəsiz ki, o, ölkəmizin ən yaxşı komandasında oynayan istedadlı futbolçudur. Tənqiddə müsbət və mənfi məqmamlar da var. Ola bilsin ki, tənqidin mahiyyəti onu Azərbaycan futbolu üçün saxlamaqdır. Məhz oyunu ilə o, azarkeşləri özünə cəmləşdirməlididir. Düşünürəm ki, o, bunu etməyi bacarır”.

Erkin İbrahimov:

“Düşünürəm ki, Mahir öz hərkətlərinə diqqət etməlidir. Sosial şəbəkələrdə onun azarkeşlərlə söz davasına çıxmasının şahidi oluram. O, sadəcə olaraq futbol oynamalıdır və bütün bacarığını meydanda göstərməlidir. Bu cür vəziyyətin yaranmasında günahkar yalnız Mahirdir. Hələ ki, o, kimlərinsə stadiona gəlməməsi ilə bağlı məsləhətlər vermək səviyyəsində deyil. Azarkeşlərin reaksiyası Mahirin  hərəkətlərindən qaynaqlanır.

Futbolçunu tənqid etmək – azarkeşin haqqıdır. Hər zaman belə olub ki, azarkeşlər bir oyunçunu seçir və onu tənqid edirlər. Əvvəllər bu, Vaqif Cavadov idi, sonra Əfran İsmayılov oldu, bu gün Mahir Mədətovdur, sabah da kimsə olacaq. Lakin Mahir ona qarşı bu cür kampaniyanın başlanılmasında günahkar özüdür”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1831

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıbBu gün, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEOBu gün, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22
Bütün xəbərlər