Maksim Şevçenko Rusiyadakı azərbaycanlı milyonçulara müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Maksim Şevçenko Rusiyadakı azərbaycanlı milyonçulara müraciət edib

10:14 - 05 / 07 / 2018
Maksim Şevçenko Rusiyadakı azərbaycanlı milyonçulara müraciət edib

Azərbaycanın və Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə 2016-cı ilin aprelində döyüşlər zamanı azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib.

1news.az konfranda iştirak edən rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko ilə müsahibə hazırlayıb:

- Çıxışınız zamanı qeyd etdiniz ki, Rusiyanın informasiya məkanı və KİV-i ruslarla türklər arasınsa münasibətlərin əleyhinə yönəlib. Konkret olaraq bu məsələdə kimi nəzərdə tutursunuz?

- Sözsüz ki, erməni lobbisini. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu lobbi Rusiya Federasiyasının maraqlarına deyil, Ermənistanın və beynəlxalq erməni institutlarının maraqlarına xidmət edir. Onlar Rusiyanın Türkiyə və Azərbaycanla yaxınlaşmasına mane olur.

- Rusiyanın bunları dəf etməsi üçün gücü yoxdur?

- Biz azad ölkəyik. Bazarımız da azaddır. Əgər azərbaycanlılar Moskvadakı media bazarında milyonçu həmyerlilərinin pullarında fəal iştirak etsəydilər, burada maraqlı rəqabət alınardı.

Anlayın, biz erməniləri düşmən hesab etmirik. Azad bazarda onlar məhsul gətirdi, siz isə yox.

- Müsahibələrinizdən birində Serqey Lavrovun ermənilərin maraqlarını lobbiləşdirməsini qeyd etmisiniz?

- Mən belə bir söz deməmişəm. Yəqin ki, bu, KİV-in təfsiridir. Mən hətta Serqey Lavrovun hansı miliyyətə mənsub olduğunu da bilmirəm. Çünki bu, məni maraqlandırmır.

- Rusiyanın XİN rəhbərinin milli mənsubiyyəti ölkənin xarici siyasətinə təsir edə bilərmi?

- Bilirəm ki, Yevqeniy Primakovun qrupu erməniyönümlü idi.

- Belə çıxır ki, təsir edə bilər?

- Ola bilsin. Primakov Ermənistanı Rusiyanın müttəfiqi olmasını təyin edib. Onların necə müttəfiq olmas mənimçün hər zaman anlaşılmaz qalıb. Çünki bu necə müttəfiqdir ki, onları hər zaman doyurmaq lazımdır. Ermənistan əhalisinin yarısı Rusiyada məskunlaşıb.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
768

Son xəbərlər

Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41
Bütün xəbərlər