“Malta sindromu”: yaxşı oyun zamanı Azərbaycan yığmasının cansıxıcı nəticəsi | 1news.az | Xəbərlər
Futbol

“Malta sindromu”: yaxşı oyun zamanı Azərbaycan yığmasının cansıxıcı nəticəsi

16:23 - 15 / 10 / 2018
“Malta sindromu”: yaxşı oyun zamanı Azərbaycan yığmasının cansıxıcı nəticəsi

Azərbaycanın futbol üzrə yığması Millətlər Liqasında ev oyun zamanı Maltanı uda bilmədi (1:1).

Azərbaycan yığmasının Maltaya qarşı oyununu bir neçə istiqamətdə şərh etmək olar.

Birincisi, yığmamız futbolda pis nəticə göstərmədi. İkincisi isə, milli komandamız bir çox qol epizodları həyata keçirdi, bəzən isə ustalığı ələ aldı. Üçüncüsü isə, futbolçular meydanda son ana qədər mübarizə apardı.

Matçdan sonra keçirilən mətbuat konfransı zamanı Qurban Qurbanov qeyd edib ki, bütün tənqidləri qəbul etməyə hazırdır. O, oyun zamanı futbolçulardan razı qalıb və bunu matçdan sonra onlara bildirib.

Həqiqətən də yığma pis oynamadı, qalib də gələ bilərdi, uduza da bilərdi. Yığmamızı xilas edən məqamı xatırlayaq:

Maltaya qarşı oyundan sonra başlıca yekun – nəticədir. Nəticə qənaətbəxş olmadı. Etiraf edək ki, ev oyunu zamanı Maltanı udmamaq məğlubiyyətdir. Bunu anlaşılmazlıq kimi də adlandırmaq olar. Həmçinin Maltanı çətin rəqib kimi də qələmə vermək düzgün alınmaz.

Əgər yığmamız Albaniya, Makedoniya və ya Çernoqoriya ilə oynasaydı bu göstəriciyə sevinmək olardı. Hətta Kosovo ilə ev oyunu zamanı bu cür oyun görmədik. Lakin Malta dünya üzrə futbolda 183-cü yığmadır. Yəqin ki, bu cür rəqiblə oyundan sonra daha yaxşı nəticələr göstərməliyik.

Azərbaycan əvvəlki kimi birinci yer şansını hələ də əlində saxlayır. Millətlər Liqası yığmamıza sərt gəlir. İki matçda altı xal toplamaq lazımdır. Bu cür tapşırıq reallığa uyğundur. Farer adlarını udmaq, xüsusilə Kosovoda qonaq olarkən çox çətin olacaq.  

1news.az yığmamızın oyununu qiymətləndirən futbol eksperlərindən şərh alıb.

Elxan Abdullayev – Azərbaycan yığmasının sabiq məşqçisi:

“Yığmamızı tənqid yağışına tutmaq istərdim. Lakin komandamız yaxşı oyun nümayiş etdirdi. Problem burasındadır ki, indi xal lazımdır. Oyun isə ikinci plana keçir. Taleyinin sənin əlində olmamasına yol vermək olmaz. Əgər dünən Kosovo qonaq oyunu zamanı Farerə qalib gəlsəydi, Millətləq Liqasında keçirilən matçlar formal oyuna çevrilərdi.

İki oyun oynaraq birinci yeri tutacağıq. Sona qədər mübarizə aparmaq lazımdır. Hazırda üç yığma birincilik əldə etmək şansına sahibdir, lakin üstünlük Kosovaya verilir. Əgər Maltaya qarşı beşinci turdan sonra qələbə qazansalar, sonuncu oyunu evdə keçirəcəklər ki, bu da onlara üstünlük verəcək.

Bir qayda olaraq yaxşı oyun yaxşı nəticəyə gətirib çıxarır. Lakin bu həmişə belə olmur. Dünənki oyun bunun bariz göstəricisidir. Yaxşı oyunun nəticəsi qələbə olmalı idi. Yaddaşlarda yaxşı oyun deyil, nəticə qalır. Malta ilə oyun zamanı dörd xalın itirilməsi çox pis nəticədir. Əgər Avropa çempionatında çıxış etmək istəyiriksə, Malta kimi rəqiblər yenə bilən olmalıdır. Lakin futbolda hər şey olur. Ümumilikdə isə yığmamızın oyunu yaxşı təəssürat yaratdı”.

Erkin İbrahimov – futbol eksperti:

“Düşünürəm ki, Qurban Qrubanov başlanğıc tərkibi seçərkən, həmçinin oyunun gedişatı zamanı səhvlərə yol verib. Məlumdur ki, futbolçularımız hər üç gündən bir oynaya bilmir. Başlanğıc tərkibdə 2-3 dəyişiklik olunmalı idi. Qələbə matçıdan sonra başlanğıc tərkibin dəyişməməsi aktualdır. Farerə qarşı matçın nəticələri oyun üzrə deyildi, məşqçi də bunu görməli idi.

Meydanda ilk dəqiqələrdən Təmkin Xəlilzadə oynamalı idi. O, müdafiənin dərininə gedərək rəqib komanda ilə oyun zamanı çox faydalıdır. Mahir Mədətovun da meydana çıxması düzgün deyildi. Bu futbolçuya böyük təzyiq göstərirlir. Qurban Qurbanov elə bilir ki, futbolçuya dəstək göstərir, əslində isə onu zərbə altında buraxır. Azarkeşlərin əvəzləmədən sonra Mahiri fitə basması, bunu təsdiq edir.

Sonuncu dəqiqələrdə Malta qapıları top atəşinə tutulmuşdu. Ramil Şeydayev və ya Namiq Ələsgərov oyunu tezləşdirə bilərdi. Dəvət olunmamış Mirabdulla Abbasovdan isə bəhs etmək istəmirəm.

Bu oyun bir daha göstərdi ki, Farerlərlə oyun zamanı bəxtimiz gətirmişdi. Təəssüflər olsun ki, məşqçi heyəti bu oyundan heç bir nəticə çıxarmadı. Yaxşı ki, Kosovo xal itirdi. Bu cür şansı necə əldə vermək olardı?!”

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
680

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər