“Mançester Siti” və “Real”dan darmadağın, “Yuventus” evdə məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

“Mançester Siti” və “Real”dan darmadağın, “Yuventus” evdə məğlub oldu

09:51 - 08 / 11 / 2018
“Mançester Siti” və “Real”dan darmadağın, “Yuventus” evdə məğlub oldu

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin dördüncü turuna yekun vurulub.

1news.az-ın məlumatına görə, dördüncü turun ikinci gününün görüşləri məhsuldarlığı ilə yadda qalıb.

E qrupunun lideri “Bavariya” Münhendə Robert Levandovskinin dublu sayəsində AEK-i evə məğlub yola salıb. Digər oyunda isə “Benfika” ev oyununda “Ayaks”ın müqavimətini qıra bilməyib – 1:1.

Bu qələbə sayəsində xal ehtiyatını 10-a çatdıran “Bavariya” səkkizdəbir finala vəsiqəni təmin edib. Səkkiz xalı olan “Ayaks” ikinci, “Benfika” isə 4 xalla üçüncü sıradadır. “AEK Afina”nın isə aktivində xal yoxdur.

“Mançester Siti” komandası doğma meydanda “Şaxtyor”u 6:0 hesabı ilə darmadağın edərək F qrupunda liderliyini daha da möhkəmləndirib. Görüşdə Qabriel Cesus het-trik edib. “Lion” isə Fransada “Hoffenhaym” ilə qarşılaşıb. İlk hissədə 0:2 hesabı ilə geri düşən Almaniya təmsilçisi 51-ci dəqiqədə meydanda sayca azlıqda qalsa da, məğlubiyyətdən xilas olmağı bacarıb – 2:2.

F qrupunda “Mançester Siti”nin 9 xalı var. “Lion”un 6, “Hoffenhaym”ın 3, “Şaxtyor”un isə 2 xalı var.

G qrupunun hər iki oyununda qonaqlar qələbə qazanıblar. “Roma” səfərdə Moskvanın Mərkəzi Ordu İdman Klubunu (CSKA) 2:1 hesabı ilə məğlub edib. “Real Madrid” isə “Viktoriya Plzen”in qapısından beş cavabsız top keçirib.

Bu qrupda “Real” və “Roma” 9 xal toplayıblar. “CSKA”nın aktivində 4, “Viktoriya Plzen”in isə 1 xalı var.

Turun ən çox maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan “Yuventus” komandası “Mançester Yunayted”i qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Yuventus” 1:2 hesabı ilə məğlub olub. Matçın 65-ci dəqiqəsində Kriştiano Ronaldo Leonardo Bonuççinin ötürdüyü topu saxlamadan qapıya göndərib – 1:0. Lakin görüşün 86-cı dəqiqəsində Xuan Mata cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1. Bu qoldan 4 dəqiqə sonra Aleks Sandronun avtoqolu qonaqları hesabda irəli çıxarıb – 1:2.

Qrupun digər oyununda “Valensiya” doğma meydanda İsveçrənin “Yanq Boyz” komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Məğlubiyyətə baxmayaraq, hesabında 9 xal olan “Yuventus” qrupda liderdir. “Mançester Yunayted” 7 xalla ikinci, “Valensiya” 5 xalla üçüncü, “Yanq Boyz” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun görüşləri noyabrın 28-29-da oynanılacaq.

Çempionlar Liqası, 4-cü tur

7 noyabr

E qrupu

00:00. "Bavariya" (Almaniya) - AEK (Yunanıstan) - 2:0
Qol: 
Levandovski, 31-pen. 71

00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Hollandiya)- 1:1 
Qol: 
Yonas, 29 (1:0), Tadiç, 61 (1:1)

   

1.

Bavariya

4

3

1

0

7:1

10

2.

Ayaks

4

2

2

0

6:2

8

3.

Benfika

4

1

1

2

4:6

4

4.

AEK

4

0

0

4

2:10

0



F qrupu

00:00. "Lion" (Fransa) - "Hoffenhaym" (Almaniya) - 2:2
Qollar: 
Fekir, 19 (1:0), Ndombele, 28 (2:0), Kramariç, 65 (2:1), Kaderabek, 90+2 (2:2)
Qırmızı vərəqə: Kasim, 51 ("Hoffenyahm")

00:00. "Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Ukrayna) - 6:0 
Qol
: David Silva, 13, Qabriel Jesus, 24, Sterlinq, 49, Qabriel Jesus,71-pen. Mahrez, 84, Qabriel Jesus, 90+2

1.

Mançester Siti

4

3

0

1

12:3

9

2.

Lion

4

1

3

0

9:8

6

3.

Hoffenhaym

4

0

3

1

8:9

3

4.

Şaxtyor

4

0

2

2

4:13

2



G qrupu

21:55. SSKA (Moskva, Rusiya) - "Roma" (İtaliya) - 1:2
Qollar: 
Manolas, 4 (0:1), Siqundsson, 51 (1:1), Pelleqrini, 59 (1:2)
Qırmızı vərəqə: Maqnusson, 56 (SSKA)

00:00. "Viktoriya" (Çexiya) - "Real" (İspaniya) - 0:5 
Qol: 
Benzema, 21, Kasemiro, 23, Benzema, 37, Beyl, 40, Kroos, 67 

1.

Roma

4

3

0

1

10:4

9

2.

Real

4

3

0

1

10:2

9

3.

SSKA

4

1

1

2

4:7

4

4.

Viktoriya

4

0

1

3

3:14

1



H qrupu

21:55. "Valensiya" (İspaniya) - "Yanq Boyz" (İsveçrə) -3:1
Qollar: 
Mina, 14 (1:0),  Assele, 37 (1:1), Mina, 42 (2:1), Soler, 56 (3:1)

00:00. "Yuventus" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 1:2 
Qol: 
Ronaldo, 65 (1:0), Mata, 86 (1:1), Aleks Sandro, 90-avtoqol (1:2)

1.

Yuventus

4

3

0

1

7:2

9

2.

Mançester Yunayted

4

2

1

1

5:2

7

3.

Valensiya

4

1

2

1

4:4

5

4.

Yanq Boyz

4

0

1

3

2:10

1



6 noyabr

A qrupu

"Monako" (Fransa) - "Brügge" (Belçika) - 0:4

"Atletiko" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0


B qrupu

"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1

"Tottenhem" (İngiltərə) - PSV (Hollandiya) - 2:1


C qrupu

"Srvena Zvezda" (Serbiya) - "Liverpul" (İngiltərə) - 2:0

"Napoli" (İtaliya) - PSJ (Fransa) - 1:1


D qrupu

"Portu" (Portuqaliya) - "Lokomotiv" (Moskva, Rusiya) - 4:1

"Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 2:0

 

1news.az

Paylaş:
619

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər