Manvel Qriqoryan qardaşımı tikə-tikə doğrayacağı ilə hədələdi - Mayya Minoyan | 1news.az | Xəbərlər
Ermənistan

Manvel Qriqoryan qardaşımı tikə-tikə doğrayacağı ilə hədələdi - Mayya Minoyan

16:13 - 25 / 06 / 2018
Manvel Qriqoryan qardaşımı tikə-tikə doğrayacağı ilə hədələdi - Mayya Minoyan

Ermənistan cəmiyyəti hələ də Qarabağda azərbaycanlılara divan tutduğu üçün "milli qəhrəman" elan etdikləri general Manvel Qriqoryanın həbsi ilə bağlı istintaqın gedişini müzakirə etməkdədir. Ermənistanın müxtəlif saytları bu caninin hətta öz millətinə qarşı törətdiyi amansız cinayətlər barədə məlumatlar yayır. O və onun kimilərinin Ermənistan ordusunu nə cür acınacaqlı hala gətirdiyini qeyd edirlər. 

2016-cı ilin aprel döyüşlərində ölən çavuş Robert Abramyanın cəsədi üzərində aparımış məhkəmə tibbi ekspertizasının nəticələrinə görə, əsgər 3 gün ərzində heç nə yeməyib.

Bu etirafı erməni çavuşun atası Abram Abramyan Azatutyun radiosuna müsahibəsində edib.

Onun sözlərinə görə, general Manvel Qriqoryan əsgərlər üçün nəzərdə tutulan qida ehtiyatı ilə özünün ayılarını bəsləyirmiş: «Bizim uşaqlar isə ac qalırmışlar. Övladımın üç gün ac qalması, heç nə yeyə bilməməsi mənim ürəyimi çox ağrıtdı. Bununla bağlı sənədlər də göstərə bilərəm. Kaş ki, oğlum sağ qalaydı, mənim yanımda olaydı. İndi Manvel Qriqoryan kimilər yaşayır, bizim uşaqlarımız isə yox". 

Dördgünlük müharibədə ölən kapitan Ovsep Kirakosyanın ailəsi isə Eçmiədzin yaxınlığındakı Alaqa kəndində yaşayır. Onun anası Marqarita ürək ağrısı ilə bildirir ki, onlardan bir neçə kilometr kənarda olan general Manvel Qriqoryanın heyvanlarına daha çox diqqət yetirilib, nəinki ölən zabitin ailəsinə. Kapitanın dul qalmış xanımı Məryəm isə deyir ki, Qriqoryan "qəhrəman" titulundan məhrum edilməlidir: Oğru qəhrəman ola bilməz". 

Epress.am saytında isə Qarabağ canisinin cinayətkar əməllərinin qurbanlarının etirafları dərc edilib. 90-cı illərdə qardaşı Qriqoryan tərəfindən oğurlanan və nəticədə təhdidlərlə üzləşdiyi üçün ABŞ-a qaçmağa məcbüur olmuş Mayya Minoyan öz tarixçəsini "feysbuk"da yerləşdİrib. Onun sözlərinə görə, 1997-ci ildə qardaşı Edqar Minoyan oğurlanıb: 

"Hərbi xidmətdə olduğu zaman qardaşım Manvelin mühafizəsində xidmət üçün onun malikanəsinə köçürüldü. Atam imkanlı idi. Bir neçə dəfə qardaşıma baş çəkmək üçün getmişdi. Qardaşımın oğurlanması ilə bağlı ilk xəbəri Smbatyan adında birisi verdi və 10 min dollar pul istədi. Onun sözlərinə görə, qardaşım Manvelin malikanəsində oğurluq törədib, pul ödənildikdən sonra azad ediləcək:

"Qardaşım oğurluq edibsə onun hüquq mühafizə orqanlarına təhvil verilməsi və cəzasını qanuni şəkildə çəkməsi ilə bağlı çağırışlarımıza isə zənc edən şəxsin cavabı belə oldu: Qanun bizik. Kimi cəzalandıracağımıza da biz qərar veririk. Daha sonra onların tələblərinə əməl etməyimizi sitədilər. Əks təqdirdə mütəmadi olaraq qardaşım Edqarın bədən hissələrini bizə göndərəcəkləri ilə hədələdilər - qulaqlarını, barmaqlarını, burnunu..." Mayya Minoyanın sözlərinə görə, 10 min dollar ödəsələr də tələblərlə dolu xüsusi zənclər və evlərinə "ziyarətlər"in ardı-arası kəsilmirdi: "Onların özbaşınalıqları, cəzasız qalmaları bütün sərhədləri aşırdı. Onlar hətta atama eyham vururdular ki, sənin gözəl və gənc qızların var... 

Biz onların tələb etdiyi qədər pul ödəyirdik. Böyük həcmdə maddi vəsait, maşın, mülk... Ümid edirdik, qardaşımın səsini eşitməyə imkan yaradacaqlar. Onlar isə bütün tələblər yerinə yetirldiyi halda belə, bizə onun yaşayıb-yaşamadığı barədə heç bir informasiya vermirdilər. Hansısa xəbər almaq üçün tələblərdən biri bir kiloqram qızıl idi. Vəziyyətimizə acıyan insanların yardımı ilə hətta nişan üzüklərimizi belə verdik. Üç ay ərzində onlar bizi tamamilə müflisləşdirdilər. Hətta elə bir hala düşdük ki, yeməyimizi qohumlarımız, dostlarımız təmin edirdi. 

Əlimizdə yeganə qalan Koçar 21 ünvanındakı mənzil idi. Onlar atamla anamı özlərinin tanışı olan notariusun yanına apararaq evi Manvelin yaxınlarından birinin adına keçirtdirdilər". Manvelin qurbanının yaxını yazır ki, hətta qardaşı barədə məlumat almaq üçün oraya gedən yaxınlarını belə həbs edib əvəzində pul alırdılar. 

1.in.am saytına müsahibə verən keçmiş döyüşçü Manvel Yegiazaryan isə deyir ki, Manvel Qriqoryanın evlərindən çıxanlar sadəcə dənizdə bir damladır: "Daima oğurluq edildiyini, qarət edilyini söyləyəndə bizi dəli hesab edirdiniz. Bu barədə illərlə deyirdik. Bu səbəbdən heç bir təəccüblü məqam yoxdur". Onun sözlərinə görə, elə insanlar var ki, milyardları oğurlayıblar, özü də dramla yox, dollarla:

"Onları göstərmək lazımdır. Burada mənəvi təsvir də çox acınacaqlıdır. Sən Gümrüdə onsuz da yarıac əhalinin göndərdiyi yardımı mənimsəyib öz anbarlarında saxlayırsan. Təsəvvür edin, bu cür aşağı keyfiyyətli insanlar illərlə ölkəmizi,ordumuzu idarə edib, dünyada bizləri təmsil ediblər. Bu səbəbdən indiki vəziyyətə düşmüşük. İnsanlar qeyri-iradi olaraq kimdən nümunə götürəcəklərini bilmirlər - yaxşılardan yoxsa pislərdən. Pislər bu gün yaxşı yaşayır, problemlərini həll edir. Bəs yaxşılar? Aclıq həddində yaşayırlar, daim təqib olunurlar, öz uşaqlarına təhsil vermək imkanlarından məhrumdurlar". 

epress.am saytındakı başqa bir məqalədə isə yenə də aprel döyüşləri zamanı erməni əsgərin başına gələn olaylardan danışılır. Məqalədə deyilir ki, Ermənistan ordusunun adını açıqlanmasını istəməyən əsgəri aylarla ailəsindən yemək pulu olaraq 5000 dram istəyib. Bu məlumatı sayta əsgərin xalası verib. Adlarının isə təhlükəsizlik üçün gizli qalmasını istəyib: 

"Onun ali təhsili olduğu üçün ilk olaraq Oktamberyana apardılar. 6 aydan sonra isə Qarabağa göndərdilər. 10 gündən sonra aprel döyüşləri başladı. Bizə heç nə demirdi. Düşünürdük, əgər əsgər Ermənistan doğumludursa onu daha altı ay ön cəbhəyə göndərməzlər. Döyüşlər zamanı hərbi hissəsində olduğunu düşünürdük". Əsgərin yaxını deyir ki, əvvəllər ay ərzində bir dəfə onu yemək bağlaması göndərilirdi. Daha sonra isə pul göndərilməyə başlanıldı. Ondan pulu nə üçün istədiyini soruşduqda isə yemək alacaqlarını dedi:

"Bildirdi ki, onlara heə nə gətirmirlər. Ona görə də, 15 əsgər birlikdə yeməyə pul yığmaq qərarına gəliblər. Hətta kapitanlarının bank hesabını vermişdilər. Sonra isə hansısa qadının hesabına pul göndərməyə başladıq". Bu problem barədə Müdafiə Nazirliyinin mətbuat katibi ilə "facebook" vasitəsilə əlaqə qurmaq istəyib: "Artsrun Ovanisyana yazmaq mümkün deyildi. Əgər onun dostluq siyahısında yoxsansa bu istəyin reallaşmayacaq. Nəticədə şərhlər yazaraq onun oxumasını istədik". 

Bütün bu faktlar əlləri Xocalıda, Laçında, Şuşada və daha neçə-neçə tarixi Azərbaycan torpaqlarında minlərlə soydaşımızın qanına batmış hərbi cinayətkarlardan yalnız birinin hətta öz xalqının nümayəndələrinə qarşı törətdiyi cinayət əməllərinin çox kiçik bir hissəsidir. İşğalçı ordunun içində, hətta Sarkisyan rejimində təmsil olunan yüzlərlə Manvel Qriqoryanlar mövcuddur. İllərlə Azərbaycanın bu canilərin cəzalandırılmasının vacibliyi ilə bağlı haqlı bəyanatları nəhayət öz doğruluğunu bir daha isbatladı. Zaman gələcək, Manvel kimi Sarkisyan da, Koçaryanda, Saakyanda ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar. 

Hafta.az

Paylaş:
1861

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər