“MegaFon” Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb | 1news.az | Xəbərlər
Siyasət

“MegaFon” Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb

09:07 - 17 / 07 / 2019
“MegaFon” Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb

Rusiyanın mobil operatoru "MegaFon" Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə "Meqafon" şirkətindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildirilib.

Oxuculara "MegaFon" şirkətinin məktubunu təqdim edirik:

"Şirkətin veb saytının yenilənməsi ilə bağlı işlər zamanı Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi təqdim olunduğu səhv məlumatlar aşkar edilib. Səhv, şirkətin rəhbərliyi tərəfindən aşkar edildikdən sonra dərhal düzəldilib. "Meqafon" şirkəti hazırda bununla bağlı daxili təhqiqat aparır. Sayta həmin məlumatı yerəşdirməyə görə məsuliyyət daşıyan əməkdaşlar isə vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. Onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivəsində intizam cəzası gözləyir.

"Meqafon"un əsas iş prinsiplərindən biri şirkətin öz kommersiya fəaliyyətini siyasi və dini məzmundan kənar həyata keçirməkdir. Biz baş verən hadisədən təəssüf hissi keçirir, bir daha vurğulamaq istəyirik ki, bu, heç də pis niyyətlə deyil, səhvən baş verib".

Məktub "Meqafon"un Direktorlar Şurasının sədri Yevgeni Bıstrıx tərəfindən imzalanıb.

S.Xankişiyeva

 

Paylaş:
532

Son xəbərlər

Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59
Bütün xəbərlər