Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

16:20 - 12 / 12 / 2018
Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Dekabrın 11-də Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013- 2018-ci illər üzrə hesabat-seçki konfransı keçirilib.

ƏQC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumatına görə, konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq və respublika səviyyəli  ekspertlər, KİV təmsilçiləri və QHT rəhbərləri iştirak ediblər.

Konfransın açılışında Azərbaycan Respublikası dövlət himni səsləndirilib, Azərbaycanın ümumilli lideri Heydər Əliyevin anım günü və şəhidlərimiz bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad edilib.

ƏQC-nin İdarə Heyətinin sədri Məhluqə Rəhimova 2013- 2018-ci illər üzrə görülən işlər haqqında məruzə ilə çıxış edib. Bildirib ki, “Əlil Qadınlar” Cəmiyyəti əlilliyi olan insanların cəmiyyətə fəal inteqrasiyası istiqamətində fəaliyyət göstərir:

“Cəmiyyət əsasən əlil qadınların sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi və məşğulluğunun təmin edilməsi sahəsində yüksək səviyyədə ixtisaslaşdığı üçün ötən dövr ərzində yüzlərlə ölkə və beynəlxalq səviyyəli sosial layihələrdə yaxından iştirak edib. ƏQC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinin 2012-ci il 25 aprel tarixli 89 nömrəli qərarına uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmət göstərilməsi üçün 24 aprel 2014-cü il tarixdə akkreditasiya olunub”.

Eyni zamanda M.Rəhimovanın ətraflı məruzəsi ilə bərabər slayd və video görüntülərlə ƏQC-nin fəaliyyəti əyani olaraq konfrans iştirakçılarına təqdim olunub.

Konfransda ƏQC-nin yeni tərkibdə İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçilib. ƏQC-nin nizamnaməsinə əlavə və dəyişikliklərlə təqdim olunan layihə qəbul olunub.

Konfransda səs çoxluğu ilə Məhluqə Rəhimova ƏQC-nin sədri seçilib.

1news.az

Paylaş:
1004

Son xəbərlər

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54
Bütün xəbərlər