Mehriban Xanlarova efirdəki biabırçılıqdan danışdı: Yaxşı eləmişəm! – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Mehriban Xanlarova efirdəki biabırçılıqdan danışdı: Yaxşı eləmişəm! – VİDEO

11:19 - 19 / 10 / 2018
Mehriban Xanlarova efirdəki biabırçılıqdan danışdı: Yaxşı eləmişəm! – VİDEO

"Azəri Vandam" mənim qonağım idi. Ona hörmətsizlik olmasın deyə onunla bir yerdə şpaqat açmaq istədim. Halbuki, bu, məndə alınmadı., hər kəs gördü ki, mən sonadək şpaqat aça bilmədim".

1news.az-ın Baku.ws-ə istinadla verdiyi xəbərə görə,  bu sözləri əməkdar artist Mehriban Xanlarova efirdəki biabırçılığa görə onu tənqid edənlərə cavab verərkən deyib.

Aktrisa efirdə "Azəri Vandamla" birlikdə şpaqat açmasını və təpik atmasını qınayanları anlamadığını bildirib:

"Hər kəs bilir ki, mənim sənətim aktrisalıqdır. Əgər efirdəyəmsə, hər bir obrazı məharətlə yerinə yetirməliyəm. "Azəri Vandam" mənim qonağım idi. Ona hörmətsizlik olmasın deyə onunla bir yerdə şpaqat açmaq istədim. Halbuki, bu, məndə alınmadı., hər kəs gördü ki, mən sonadək şpaqat aça bilmədim. Sadəcə qonağıma hörmət əlaməti kimi onun hərəkətlərini təkrarladım. Bundan sonra da gəlsə, mən yenə ona hörmətlə yanaşacam. O da bizim azəri balamızdı.

Belə də ki, mən bunu küçədə camaatı başıma yığıb, özümü reklam üçün eləməmişəm ki. Eləmişəm, özlüyümdə, yaxşı eləmişəm. Öpürəm! Bay-bay"!

Xatırladaq ki, əməkdar artist Mehriban Xanlarovanın "Canım sizə desin" şousunun növbəti qonağı özünə "Azəri Vandam" ləqəbi qoyub klounluq edən gənc olub. O, sosial şəbəkələrdə paylaşdığı videolarda etdiyi hərəkətləri efirdə təkrarlayıb. Aparıcı gah "Vandama" təpik atıb, gah da onunla birlikdə şpaqat açmaq istəyib. Biz hələ şit zarafatları demirik. Xanlarovanın da ona qoşulub klounluq etməsi birmənalı qarşılanmayıb. Əməkdar artistin yaşına və statusuna yaraşmayan hərəkətləti bir çox tamaşaçını hiddətləndirib. Sosial şəbəkə istifadəçilərinin sözügedən kadrlara reaksiyası belə olub: Bu nə biabırçılıqdır?!

Əməkdar artistdən efirdə biabırçılıq - VİDEO

S.Xankişiyeva

 

Paylaş:
8716

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər