Meksika səfiri Xəzər Universitetində təqdimat edib - FOTO

Meksikanın Azərbaycandakı səfiri Rodiriqo Labardini öz dövlətinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və ənənələri haqqında ümumi məlumat vermək məqsədilə, Xəzər Universitetin tələbələri və müəllimləri ilə görüş keçirib.
1news.az-a səfirlikdən verilən məlumata görə, bununla əlaqədar, səfir Meksika-Azərbaycan ikitərəfli ticarəti, iqtisadiyyatı, turizm, eləcə də öz ölkəsində 1 iyul 2018-ci ildə keçiriləcək prezident seçkilərinin gedişatı kimi mövzuları əhatə edən "Meksika, özünəməxsus bir dünya" adlı təqdimat edib.
Əlavə olaraq, səfir Meksikanın beynəlxalq aləmdə fəaliyyəti haqqında da danışaraq, qlobal təhlükəsiz, nizamlı və tənzimli miqrasiya sazişini ilə birgə Universal İnsan Vəzifələri və Öhdəlikləri Xartiyasının ölkəsi tərəfindən imzalandığını da deyib.
Turizmə gəldikdə isə, diplomat qeyd edib ki, hazırda bu sektor ölkənin iqtisadi fəaliyyətinin ən mühüm hissəsidir və 2017-ci ildə 35.7 milyon ziyarətçisi olan Meksika, bu ölkəyə gələn xarici turistlərin sayına görə dünyada səkkizinci yeri tutur, və Latın Amerikasında yaşayan əcnəbilərin kurort üçün üz tutduğu ilk məskənidir.
Səfir bildirib ki, Meksikanın multikulturalizmi tarixi boyunca bir çox immiqrantlar qəbul etməyində özünü göstərərək, bir çox müxtəlif yerli aborigen xalqların mövcudluğunda özünü əks etdirir. Bundan əlavə, səfir qeyd edib ki, Meksika yerli aborigen xalqlarının sayına görə dünyada səkkizinci, Amerika qitəsində 1-ci yer tutur ki, hal-hazırda bu ölkədə 69 milli dil vardır: 68 yerli aborigen xalqlarının dilləri və ispan dili.
R.Labardini Meksikanın iqtisadiyyatı haqqında da bir sıra məlumatlar təqdim edib və hər iki ölkədə qarşılıqlı səfirliklərin açılmasının ikitərəfli ticarətin artımına səbəb olmasını da vurğulayıb. Bundan əlavə, o, Meksikanın ixracının 2017-ci ildə ümumi həcmi 409 milyon ABŞ dolları, idxalı isə 420 milyon ABŞ dolları təşkil etdiyini söyləyib.
Öz növbəsində, Xəzər Universitetinin tələbələri təqdimata böyük maraq göstəriblər və tədbir zamanı toxunulan mövzular haqqında onları maraqlandıran suallar veriblər.
P.Sultanova