Məlahət İbrahimqızı: Hökumətin qarşısına qoyulan bütün işlərin hamısı öz hədəflərinə çatıb | 1news.az | Xəbərlər
Siyasət

Məlahət İbrahimqızı: Hökumətin qarşısına qoyulan bütün işlərin hamısı öz hədəflərinə çatıb

17:48 - 11 / 07 / 2018
Məlahət İbrahimqızı: Hökumətin qarşısına qoyulan bütün işlərin hamısı öz hədəflərinə çatıb

2018-ci ilin ilk altı ayında hökumətin qarşısına qoyulan bütün işlərin hamısı öz hədəflərinə çatıb.

Bu fikirləri 1news.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Həmin dövrdə baş vermiş ən mühüm hadisələrdən biri prezident seçkiləri oldu. Azərbaycan xalqı bir daha ölkə başçısına öz dəstəyini ifadə elədi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin və Ordumuzun 100 illiyinin qeyd olunması da mühüm hadisələrdən oldu.

Ən vacib hadisələrdən biri də dünya dövlətlərinin diqqət mərkəzində olan TANAP layihəsinin açılışının olmasıdır. Ən əsası da bu layihə Azərbaycan xalqının yüksək qiymətləndirdiyi və dəstək verdiyi bir layihədir”.

M.İbrahimqızının sözlərinə görə, dövlət başçısı çıxışında Azərbaycan Ordusunun gücünü nümayiş etdirən hərbi paradı da xüsusi qeyd etdi. Bildirdi ki, Azərbaycanın torpaqlarını işğal edən Ermənistan iflasa uğramış bir vəziyyətdədir. Onun nə iqtisadi, nə siyasi, nə demoqrafik, nə də ordusunun gücü Azərbaycanla müqayisəolunmaz dərəcədə zəifdir:

“Bunun əksinə olaraq dövlətimizin siyasi və iqtisadi gücü, eyni zamanda milli Ordumuzun qüdrəti tezliklə torpaqlarımızın işğaldan azad olunacağına inamı artırır. Təbii ki, Azərbaycan xalqı müharibə istəmir. İstəyir ki, münaqişə danışıqlar yolu ilə həll olunsun. Əks təqdirdə Azərbaycan hərbi yolla olsa belə öz ərazi bütövlüyünü bərpa edəcək.

Prezidentin mövcud problemlərlə bağlı söylədiklərinə toxunan millət vəkili bildirib ki, son illər ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində çox böyük nailiyyətlər əldə olunub:

“Bu sahədə islahatlar bundan sonra da davam edəcək. Bu isə mövcud problemlərin həllini sürətləndirməklə yanaşı, ölkəmizin inkişafının bundan sonra da yüksək templı davam etməsinə zəmin yaradacaq”.

1news.az

Paylaş:
1352

Son xəbərlər

PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21
Bütün xəbərlər