Məmməd-Quliyev Norveç səfirliyinin bağlanması barədə: Qollarından tutub saxlamayacağıq ki... | 1news.az | Xəbərlər
Siyasət

Məmməd-Quliyev Norveç səfirliyinin bağlanması barədə: Qollarından tutub saxlamayacağıq ki...

12:14 - 15 / 11 / 2018
Məmməd-Quliyev Norveç səfirliyinin bağlanması barədə: Qollarından tutub saxlamayacağıq ki...

Əgər Norveç hökuməti Azərbaycanda səfirliyinin olmasını istəmirsə, qoy olmasın. Biz onları məcbur edə bilmərik ki, oturun burda.

Bu barədə 1news.az-a  xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Norveçin Bakıdakı səfirliyini bağlamasına dair qərarını şərh edərkən bildirib. O deyib: “Bu, həmin ölkənin öz qərarıdır və Avropa İttifaqı ilə heç bir əlaqəsi yoxdur. Əgər Norveç hökuməti hesab edirsə ki, Azərbaycanda səfirlik lazım deyil, qoy bağlasınlar”.

Nazir müavini deyib ki, “Əsrin müqaviləsi”nin ilk illərində Norveç  Azərbaycandan xeyli gəlir əldə edib:

“Sadəcə indi istəmirlər, onları qollarından tutub saxlamayacağıq ki... O qədər şirkətkər var ki, istəyirlər gəlib Azərbaycanda bu sahədə çalışsınlar”.

M.Məmməd-Quliyev deyib ki, bu qərar Azərbaycanın Avropa ilə münasibətlərinə heç bir təsir göstərməyəcək:

“Bu gün Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri çox yaxşı səviyyədədir, iqtisadi, energetika, nəqliyyat sahələrində əlaqələrimiz var.

Gələn ilin əvvəlində nəqliyyat üzrə ilk dialoq aparılacaq. Çünki Aİ nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Onların hazırda Çinlə bir razılaşmaları var ki, məhsulları Çinə qədər getsin. Bu məsələdə Aİ üçün Trans-Xəzər nəqliyyat sistemi olduqca faydalıdır. Çünki həm ucuzdur, həm də məsafə çox azdır.

Bir var ki, şimal, yaxud cənub istiqamətindən istifadə edəsən, bunun üçün aylar tələb olunur. Amma Azərbaycanla bu, daha əlverişlidir. Belə məsələlər var və Aİ-də bütün bunları çox yaxşı başa düşürlər”.

P.Sultanova

Paylaş:
633

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər