Meqrabyan: Rusiya hərbi bazasının statusu XXI əsrin yanaşmalarına uyğun gəlmir | 1news.az | Xəbərlər
Ermənistan

Meqrabyan: Rusiya hərbi bazasının statusu XXI əsrin yanaşmalarına uyğun gəlmir

13:27 - 22 / 01 / 2019
Meqrabyan: Rusiya hərbi bazasının statusu XXI əsrin yanaşmalarına uyğun gəlmir

Rusiyanın 102-ci hərbi bazasının qarşısında baş tutan etiraz aksiyası  Ermənistan-Rusiya münasibətləri, eyni zamanda hərbi sferada baxılmasına ehtiyac olan müqavilə-hüquq bazası üçün çox vacib və ciddi siqnal idi.

1news.az erməni mərbuatına istinadla xəbər verir ki, bunu erməni politoloq Ruben Meqrabyan deyib.

Onun sözlərinə görə, bu, sadəcə olaraq gözlənilməz nəticələrə gətirib çıxara bilən institusional məsuliyyətsizlikdir.

Xatırladaq ki, 12 yanvarda Gümrüdəki 102-ci Rusiya hərbi bazasının qarşısında Avetisyan ailəsinin rus əsgəri tərəfindən qətlə yetirilməsinin 4-cü ildönümü və digər rus hərbçisinin öldürdüyü qadınla bağlı etiraz aksiyası keçirilib.

Aksiya Ermənistanın Avropa partiyası tərəfindən keçirilib.

İştirakçılar Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını tələb ediblər.

Meqrabyanın sözlərinə görə, Rusiya hərbi bazasının statusu XXI əsrin yanaşmalarına uyğun gəlmir. Bu, müstəmləkəçi dövrlərə daha xarakterikdir və hər bir halda yenidən nəzərdən keçirilməlidir.

"Ümumiyyətlə, Ermənistan öz xarici siyasət konsepsiyasına, müdafiə və təhlükəsizlik siyasəti məsələlərinə yenidən baxmalıdır. Rusiya hərbi bazası məsələsinə də həmçinin. Fakt budur ki, artıq belə şəkildə davam etmək mümkün deyil”, Meqrabyan qeyd edib.

P.Sultanova

Paylaş:
561

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər