Məşhur aktrisa “Bit bazarı”nda işləyir – FOTO | 1news.az | Xəbərlər
Dünya

Məşhur aktrisa “Bit bazarı”nda işləyir – FOTO

13:34 - 14 / 11 / 2018
Məşhur aktrisa “Bit bazarı”nda işləyir – FOTO

70-ci illərin məşhur aktrisa və müğənnisi Serpil Örümcer Avcılar mahalında “Bit bazarı”nda satıcı işləyir.

1
news.az-ın Unikal.org-a istinadən verdiyi xəbərə görə, “Yeşilçam”da və səhnələrdə daim seçilən aktrisa Serpil Örümcer hazırda çox çətin günlər keçirir.

Sənətçi işləyərək həyatını təmin etməyə çalışır. Bir vaxtlar Türkiyənin axtarılan simalarından olan S.Örümcer sənət dünyasının vəfasız olduğunu deyərək, dostlarından gileylənib. 

Qızının psixoloji probleminin olduğunu söyləyərək səlahiyyətli şəxslərdən pul yardımı istəmək əvəzinə bir işlə təmin olunmasını tələb edib:

"Berkantla evliliyimdən bir qızım var, xəstədir. İki nəvəm də var. Onlar da oxuyurlar. Təbii ki, mən də bu problemlərin öhdəsindən çətinliklə gəlirəm. Bakırköydə bir yerimiz vardı oranı uçurdular. Bundan sonra da ortada qaldım. Sonra bələdiyyə bizə yer vermədi. Zəhmət çəkib bizimlə görüşmədilər. İşləməyi sevirəm, nə olsa da işləməyin ayıb tərəfi yoxdur. Bəzi yaxınlar, dostlar mənə sahib çıxdı, Allah razı olsun.

Gözümdə katarakt var. Mən də bunun müalicəsini arxa plana atmışam. Bu da problem yaradıb. Görmək problemi yarana bilər. Buna da şükür deməkdən başqa çarəmiz yoxdur.

Əgər şöhrətiniz, pulunuz varsa sizi hər zaman izləyirlər, sizdən əl çəkmirlər. Amma bütün bunlar bitirsə təəssüf ki, salam da vermirlər. Mən pis insanların qəzəbinə uğradım. Dost, ya düşmən olduqlarını öyrəndim.

Televiziya kanallarına çıxdım.Mənə iş verin, heç kimə əl açmayım dedim. Bu vaxt İbarahim Tatlısəs çıxdı və "Mənimlə çalışarsanmı Serpil Örümcer?’ dedi. Mənə menecerinin telefon nömrələrini verdi. Biz özü ilə heç cür əlaqə saxlaya bilmədik. İş versə də, verməsə də sağ olsun”.

Qeyd edək ki, 1967-ci ildə "Milliyet” Qəzeti tərəfindən təşkil olunan Gözəllik yarışmasından sonra diqqət çəkən Serpil Örümcer, daha sonra "Samanyolu” mahnısı ilə tanınan müğənni Berkantla ailə qurdu. Bu evliliklə də o növbəti dəfə özündən söz etdirdi.

1news.az

Paylaş:
1011

Son xəbərlər

PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21
Bütün xəbərlər