“MFL ALL STAR” liqanın ən yaxşıları “gəlmələr”ə mini futbol dərsi keçib – FOTO | 1news.az | Xəbərlər
Futbol

“MFL ALL STAR” liqanın ən yaxşıları “gəlmələr”ə mini futbol dərsi keçib – FOTO

13:51 - 24 / 12 / 2018
“MFL ALL STAR” liqanın ən yaxşıları “gəlmələr”ə mini futbol dərsi keçib – FOTO

Azərbaycanda həvəskar futbolu peşəkar səviyyədə küçələrdən meydanlara gətirən MFL daha bir yeniliyə imza atıb.

1news.az-ın məlumatına görə, 2018-ci ilin ən həyəcanlı qarşılaşmasının başlama fiti bu dəfə keçmiş MDB ölkələrinin top ustadlarının topa toxunması ilə çalınıb.

Belə ki, 22 dekabr saat 18:00-da Rusiyanın məşhur “Street Madness Team” komandası Azərbaycanın bir nömrəli həvəskar futbol liqası olan MFL-in top ustadları ilə qarşılaşıblar. Adıçəkilən komanda yetərincə məşhurdur, heyətlərində dünyaca ən məşhur “Street Kings” komandasının iki üzvü - Jan Pyer Papen və Bizex - Bakının “Urban Kings Azerbaijan” komandası ilə güclərini birləşdiriblər. Vahid komanda şəklində çıxış edən “gəlmələr” ölkə mini futbolunun ən güclülərinə qarşı mübarizə aparıblar.

Ümumi tədbir iki hissədən ibarət olub: “panna” mübarizəsi və futbol matçı. Təbii ki, mini futbolun top ustadları barədə danışırıqsa, “panna”dan yan keçmək mümkün deyil. “MFL ALL STAR”-ın oyunçusu İlkin Babayev “panna” ustalarına qarşı mübarizədə ən dözümlü olduğuna görə MFL tərəfindən simvolik mükafata layiq görülüb.

Liqanın təşkilatçıları azarkeşləri də sevindirmək üçün matçın fasiləsində futbola aid primitiv suallardan ibarət intelektual oyun keçirib. Könüllü olaraq seçilən, bir qadın və iki kişinin mübarizə apardığı yarışda Kamal adlı azarkeş qalib olaraq hədiyyə qazanıb.

Xeyli sayda futbol həvəskarı olduqca maraqlı ab-havada və gərgin mübarizə şəraitində keçən futbol şousunu izləmək üçün Bakı Olimpiya Stadionu ətrafında yerləşən MFL Arenada olub. “MFL ALL STAR” və “Street Football Kings” qarşılaşması 5:2 hesabı ilə “bizimkilər”in xeyrinə başa çatıb. Qarşılaşma MFL-in “Facebook” səhifəsi vasitəsilə canlı yayımlanıb. Matçda qalib komandanın heyətində qolları Əlsalam Həmidov, Rüfət Cəfərov və Elçin Mütəllimov, rəqib komandanın heyətində isə Farko və Nugzar Kvirtiya vurublar.

Qeyd edək ki, MFL United Sport Liqası 2018/19 mövsümü Sirena MotorsLeading Supply Solutions LLCUnited SportMcDonald's AzerbaijanMuganbankBOS SHELF LLC və Ödəal (Bon) şirkətlərinin sponsorluğu ilə keçirilir. Təşkilati dəstək Sport Marketing Group (SMG) şirkətinə, informasiya dəstəyi isə CBC Sport və www.1NEWS.az saytına məxsusdur.

1news.az

Paylaş:
1119

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər