MFL Gəncə Kubokuna start verildi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL Gəncə Kubokuna start verildi – FOTO – VİDEO

10:54 - 17 / 04 / 2019
MFL Gəncə Kubokuna start verildi – FOTO – VİDEO

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL bu dəfə ölkənin ən önəmli futbol şəhərlərindən olan Gəncəyə üz tutdu.

1news.az-ın məlumatına görə, Gəncənin bu il Avropanın idman şəhəri seçilməsi də buna təkan oldu.

Təxminən bir il əvvəl başlayan danışıqlar öz bəhrəsini verdi və aprelin 13-də “MFL Gəncə Kuboku 2019”-un açılış və püşkatma mərasimi baş tutdu.

Mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, MFL-in direktoru Rəhman Hacıyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak ediblər.

Çempionatı açıq elan edən Rəhman Hacıyev MFL haqda qonaqları məlumatlandırıb. Bildirib ki, ölkəmizdə futbolun daha da populyarlaşdırılmasını, insanlar arasında sağlam həyatı təbliğ etməyi qarşısına məqsəd qoyan MFL bu yöndə fəaliyyətini uğurla davam etdirir.

Qeyd olunub ki, “MFL Gəncə Kuboku 2019” turnirinin məqsədi Gəncədə yaşayan futbol həvəskarlarını ən yüksək səviyyədə təşkil edilən turnir çərçivəsində birləşdirməkdir.

MFL layihəsini çox bəyəndiyini və hər zaman dəstəklədiyini deyən Elxan Məmmədov həvəskar futbolun artıq futbol şəhəri olan Gəncəyə gəlməsinə çox şad olduğunu bildirib.

Gəncədə futbolsevərlərin çox olduğunu diqqətə çatdıran Müşfiq Cəfərov MFL-in onları da unutmadığına görə məmnun olduğunu vurğulayıb.

Çıxışlardan sonra turnirin püşkatma mərasimi keçirilib.

İlk səbətdə ilk qeydiyyatdan keçən 32 komanda yer alıb və 16 cüt bəlli olub. İkinci hissədə qeydiyyatdan keçən digər 32 komanda da eyni üsulla rəqibini tanıyıb.

Qeyd edək ki, AFFA və McDonald'sın dəstəyilə keçirilən turnirdə əvvəl 32 komandanın iştirakı nəzərdə tutulsa da, istək çox olduğundan təşkilatçılar 64 komandanın iştirakına qərar veriblər.

Turnirin formatına gəlincə, “MFL Gəncə Kuboku 2019” play-off sistemi üzrə Offside meydançalarında keçiriləcək.

Aprelin 20-də 1/32 final oyunları baş tutacaq. Yarımfinal mərhələsində isə komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Turnirin mükafat fonduna gəlincə, qalib komanda 500 manat, qızıl medallar və kubok, ikinci yerin sahibi 300 manat və gümüş medallar, üçüncü yeri tutan komanda isə 250 manat və bürünc medallar qazanacaq. Bundan əlavə, turnirin bombardiri xüsusi kubokla təltif olunacaq.

 

1news.az

Paylaş:
1188

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər