MFL-in ikinci mövsümünün qalibi kim olacaq? – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL-in ikinci mövsümünün qalibi kim olacaq? – FOTO – VİDEO

12:11 - 27 / 06 / 2018
MFL-in ikinci mövsümünün qalibi kim olacaq? – FOTO – VİDEO

Şənbə günü Azərbaycanda ən böyük futbol liqası MFL-in finalı baş tutacaq.

Ötən iki il ərzində MFL Azərbaycanın futbol həyatında ən vacib hadisəyə çevrilməyi bacarıb. Bu müddətdə MFL Euro-2016 Cup, MFL San-Marino Cup və MFL League of Nations 2018 təşkil olunub.

MFL ALL STAR – Böyük Oyun və çempionatın müntəzəm keçirilən iki mövsümü və digər yarışlar iki il ərzində ən yüksək səviyyədə təşkil olunub. 

İyunun 30-da 20:00-da MFL Arenada 2017/2018 mövsümünün ən vacib matçı baş tutacaq. IKAU Baku Blancos-a qarşı oynayacaq.

Finalda nələr olacaq?

Final matçı və üçüncü yer uğrunda oyundan başqa, tamaşaçıları əyləncəli proqram da gözləyir. Müsabiqənin qaliblərini Azərbaycan yığmasının orijinal forması, Nike şirkətindən top gözləyir

Həmçinin, 2017/2018 mövsümünün Ən yaxşı bombardi, Ən yaxşı assistenti, Ən yaxşı qolkiperi seçiləcək. MFL çempionuna 10 000 manat pul mükafatı veriləcək.

Bununla yanaşı, MFL-in direktoru Rəhman Hacıyev yeni mövsümlə bağlı anons edəcək.  

Finala yol

IKAU və Baku Blancos komandaları 2017/2018 mövsümü ərəfəsində formalaşıb. Hər iki komanda A Konferensiyasında çıxış edib. Martın 12-də komandalar arasında oyun keçirilib. Oyun 1:1 hesabı ilə başa çatıb. Qrup mərhələsində IKAU ikinci yeri, Baku Blancos isə beçinci yeri tutub. Pley-off mərhələsində IKAU növbə ilə Avanqard FK, Captain FK və Juventus Baku komandaları ilə oyun keçirərək, finala yüksəlib.  Baku Blancos isə Sabunçu, Cinema Plus və  Sirena Motors-a qalib gəlib.

IKAU və Baku Blancos-u finala yaxınlaşdıran məqamlar:

IKAU

Komandalarda futbolçuların 90%-i Sumqayıtı təşkil edib. Elvin Əlizadə və Samir Bayramov MFL-in ötən mövsümünün ən yaxşı bombardirləridir. IKAU qalib gələcəyi təqdirdə, MFL tarixində iki mövsüm ard-arda kubok qazanan komanda olacaq.

Baku Blancos

Baku Blancos isə ötən mövsüm 1/8 finala yüksəlib. Komandanın ən yaxşı qolkiperi Amin Hüseynovdur. Komandada orta yaş həddi 30-dur.

Elvin Əlizadə Xəqani Məmmədova qarşı

IKAU ilə Baku Blancos arasında baş tutacaq finalı iki lider komadanın döyüşü adlandırmaq olar. Elvin Əlizadə Xəqani Məmmədova qarşı. Bu mövsümdə Elvinin hesabında 78 qol və 27 assistalar, Xəqanidə isə 49 qol və 11 assistalar var.

Elvin Əlizadəni MFL tarixində ən yaxşı futbolçu adlandırmaq olar. IKAU komandasını formalaşdıran, ötənilki çempion və bombardir, hazırda komandanın kapitanıdır. Və o, yenə də finaldadır. Ötən mövsüm məhz Elvinin qolu matçın təyinatını həll etdi.  

Xəqani Məmmədov futbol ictimaiyyəti üçün təqdimata ehtiyacı yoxdur. Azərbaycan yığmasının eks-futbolçusu, İnter-in tərkibində ölkənin ən yaxşı bombardiri olmuş Xəqani hazırda öz bacarıqlarını MFL Arena meydanlarında göstərəcək.

“Biz finala, həlledici matça çatmışıq. IKAU-nu güclü rəqib kimi qəbul edirik. Finalda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Komandamız da güclüdür. Finala məhz mehriban komandamız hesabına çatmışıq. Buna görə də finalda əlimzdən gələni əsirgəməyəcəyik”, - deyə Xəqani söyləyib.

Hər iki futbolçu mövsümün MVP tituluna layiq görülməyə iddialıdır. MFL-in rəsmi Facebook səhifəsində səsvermə keçirilir. Elvin və Xəqanidən başqa, MVP titulu uğrunda Əlsalam Həmidov, Elmir Əliyev də mübarizə aparır. Ən çox səs toplayan futbolçu finaldan sonra mükafatlandırılacaq.

İlk rolların qolkiperləri

Final oyununda ənənəvi olaraq hər şey qolkiperlərdən asılıdır. IKAU-dan Vəli Qafarov və Baku Blancos-dan Amin Hüseynov öz komandalarının finala yüksəlməsi üçün həlledici oyun nümayiş etdiriblər.

Bürünc görüş

İyunun 30-da üçüncü yer uğrunda matç keçiriləcək. Sirena Motors və Juventus Baku MFL-in 2017/2018 mövsümü üçün bürünc medal uğrunda mübarizə aparacaqlar. Juventus Baku çempionatın ən təcrübəli komandalarından biridir və MFL San-Marino Cup-ın qalibi olublar. Həmçinin ötənilki bürünc medalın qalibi olublar. Sirena Motors isə MFL turnirlərinin ilk mükafatlarını qazanmağa çalışıblar.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1172

Son xəbərlər

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər