Millət vəkili oğlunu şərləyən baş redaktorla bağlı açıqlama verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Millət vəkili oğlunu şərləyən baş redaktorla bağlı açıqlama verib

18:05 - 18 / 12 / 2018
Millət vəkili oğlunu şərləyən baş redaktorla bağlı açıqlama verib

“Anar Məmmədov barəsində cinayət işinin açılması və bu işin Bakı Ağır Cinayətlər məhkəməsində baxılacağı xəbəri məni qətiyyən təəccübləndirmədi. Çünki, bu şəxs baş redaktoru olduğu "Criminal.az" və "Criminalaz.com" saytlarında həqiqəti əks etdirməyən yanlış məlumatlar dərc edərək, çox vaxt təxribat törətməklə məşğuldur”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə millət vəkili, Xalq yazıçısı Elmira Axundova mətbuata verdiyi açıqlamada bildirib:  

“O, dövlətə, bir sıra dövlət adamlarına qarşı yönələn yalan və böhtan xarakterli məlumatlar yayaraq çox ciddi qanun pozuntuları törətməkdədir. Anar Məmmədov o cümlədən uzun müddətdir ki, mənim və ailəm haqqında da yanlış məlumatlar yayır. Keçən ilin payızında onun saytı hətta Fövqəladə Hallar Nazirliyi kimi yüksək dövlət qurumunun rəsmi cavabını saxtalaşdırmaqdan belə çəkinməmişdir. Və bu dezinformasiyanı həmin qurum adından oğlum Həbib Axundov haqqında verilən rəsmi cavab kimi təqdim edərək öz saytlarında yayımlamışdır. Bu barədə bizim vəkillərimiz FHN-dən rəsmi məlumat almışdırlar.

Biz bilirik, o, bu dezinformasiyanı kimlərin sifarişi ilə yayaraq ictimailəşdirmişdir. Bu barədə biz vaxtında Mətbuat Şurasına şikayət etmişdik və MŞ-sı Anar Məmmədova ciddi xəbərdarlıq etmişdir. Mənim özümə isə məsləhət görülmüşdür ki, biz şantajçını 147-ci maddə ilə məhkəməyə verək. Lakin mən Anar Məmmədovun hər halda jurnalist olmasını nəzərə alaraq bu addımı atmamışam. O isə mənim humanist yanaşmamdan qətiyyən nəticə çıxarmayıb.

Mən üzümü tutub bütün jurnalistlərə demək istəyirəm ki, hər hansı bir üçüncü qüvvələrin əlində alətə çevrilməsinlər, hakim və prokuror funksiyalarını öz üzərlərinə götürməsinlər, cəmiyyətdə özünü təsdiqləmiş, hörmət qazanmış insanları əbəs yerə ləkələməyə çalışmasınlar. Bu barədə Milli Məclisdə dəyərli həmkarlarım da dəfələrlə öz etirazlarını bildiriblər. Bu cür qanun pozuntularına yol vermək cinayətdir və belə insanlar heç vaxt cəzasız qalmayacaqlar. Bizə və digər şəxslərə qarşı ədalətsiz mövqe tutan, şantajla məşğul olan bir sıra mətbu orqanların rəhbərləri artıq layiqli cəzasını alıblar. Misal kimi “Gündəlik Bakının” baş  redaktoru Habil Vəliyev, “Bakıpost” saytının rəhbəri Elçin Zahiroğlu və digərlərini göstərmək olar. Arzu edirəm ki, bu siyahıya yeni adlar əlavə edilməsin”.

Qeyd edək ki, “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə başlayır.

A.Məmmədovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun icraatında araşdırılacaq.

A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bakıda Elmira Axundovanın oğlunu şərləyən və ondan pul tələb edən jurnalist barəsində məhkəmə hökmü çıxarıldı – FOTO

Bakıda Elmira Axundovanın oğlunu şərləyən və ondan pul tələb edən jurnalist barəsində məhkəmə hökmü çıxarıldı – FOTO

Elmira Axundovanın oğlu Miss Lafarella müsabiqəsinin iştirakçısının ölümü ilə bağlı KİV-in böhtanını cavablandırıb – FOTO

S.Xankişiyeva

 

 

Paylaş:
569

Son xəbərlər

Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər