Millət vəkili vətəndaşları fəal olmağa çağırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Millət vəkili vətəndaşları fəal olmağa çağırdı

12:49 - 15 / 05 / 2019
Millət vəkili vətəndaşları fəal olmağa çağırdı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev vətəndaşlara müraciət edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Əziz dostlar! Vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və elektron hökumətə keçidlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası göstərdiyi xidmətləri tamamilə elektronlaşdırır. 

Şura 2019-cu ildə 20 elektron xidmətin vahid bazada birləşdiyi SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemini yaradıb. SƏLİS-ə daxil olan proqramlar arasında innovativliyi ilə seçilən və layihələrin qiymətləndirilməsi prosesində ölkə vətəndaşlarının iştirak edəcəyi yeni e-vətəndaş proqramı mayın 14-dən istifadəyə verilib. 

Məlumat üçün bildirim ki, indiyədək Şura üzvləri layihələrin maliyyələşdirilməsi zamanı ekspert rəyinə və layihə icrası ilə bağlı Katibliyin hər bir QHT haqqında təqdim etdiyi arayışa istinad edərək qərar qəbul edirdi. Bu gündən etibarən isə layihələrin maliyyələşdirilməsinə hər bir Azərbaycan vətəndaşının da rəy bildirmək və onları qiymətləndirmək imkanı olacaq. E-vətəndaş proqramından istifadə qaydaları haqqında Şuranın son aylar paytaxtda və regionlarda keçirdiyi çoxsaylı məlumatlandırma sessiyalarında, ictimai görüşlərdə və yaydığı açıqlamalarda ətraflı məlumat verilib. Lakin bu proqramın ilk dəfə tətbiq olunduğunu nəzərə alaraq, onun bəzi aspektlərinə qısa şəkildə toxunmağı vacib sayıram.

Əvvəla, layihə qiymətləndirilməsində vətəndaşlara yaradılan bu imkan hər şeydən öncə Şuranın fəaliyyətində şəffaflıq amilini daha da gücləndirir və bütövlükdə cəmiyyətdə qərar qəbuletmə prosesində vətəndaş iştirakçılığının təmin olunmasına xidmət edir. İnanırıq ki, hər bir layihənin maliyyələşdirilməsi üçün təqdim edəcəyiniz rəylər layihədə əks olunan problemlərin həllinə və vətəndaş maraqlarının nəzərə alınmasına öz töhfəsini verəcək. 

Bundan başqa, bu xidmət bütövlükdə ictimai sektorun fəaliyyətinin daha geniş miqyasda təbliğinə, QHT layihələrinin həm maliyyələşdirilməsində, həm də icrasında rəqabət və məsuliyyət hissinin daha da artırılmasına şərait yaradacaq. Onu da qeyd edim ki, Şura vətəndaşları təkcə layihələrin maliyyələşdirilməsi prosesinə cəlb etməklə kifayətlənməyəcək, onlara həm də digər proqramlar vasitəsilə layihələrin hesabatlılıq vəziyyətini online müşahidə etmək imkanı yaradacaq. Bu da öz növbəsində layihələrin icrasına və keçirilən tədbirlərə ciddi ictimai nəzarət mexanizminin tətbiqi baxımından mühüm yenilikdir.

Nəhayət, layihələrin maliyyələşdirilməsində bütün vətəndaşların iştirakı və bütövlükdə Şuranın tətbiq etdiyi digər yeniliklər, ölkədə aparılan geniş islahatlara ictimai dəstək verməklə yanaşı, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, azad və obyektiv vətəndaş rəyinin nəzərə alınmasına və cəmiyyətdə sosial ədalətin daha da güclənməsinə xidmət edəcək. 

Əziz dostlar! Sizi 7 iyun 2019-cu ilə kimi davam edəcək layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi prosesində fəal olmağa və ən yaxşı layihələrin seçimində iştirak etməyə çağırıram”.

Qeyd edək ki, istənilən şəxs  http://vetendas.e-qht.az/ saytında qeydiyyatdan keçdikdən sonra hər hansı say məhdudiyyəti olmadan layihələri online rejimdə qiymətləndirə və müvafiq rəyini bildirə bilər.

1news.az

Paylaş:
490

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər