Özil millidən gedir: “Qalib gələndə almaniyalı, uduzanda murdar türk köçkün oluram” | 1news.az | Xəbərlər
Futbol

Özil millidən gedir: “Qalib gələndə almaniyalı, uduzanda murdar türk köçkün oluram”

11:44 - 23 / 07 / 2018
Özil millidən gedir: “Qalib gələndə almaniyalı, uduzanda murdar türk köçkün oluram”

İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil Almaniya yığmasında oynamaq istəmədiyini, Almaniyanı beynəlxalq yarışlarda təmsil etmək niyyətində olmadığını bəyan edib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, 29 yaşlı futbolçu bu barədə Twitter-dəki akkauntunda açıqlama yayıb.

Özilin yazdığına görə, qərarının əsas səbəblərindən biri Almaniya Futbol Federasiyasının (DFB) rəhbərliyi, xüsusilə də federasiyanın prezidenti Raynhard Qrindelin davranışıdır.

"Son hadisələrlə bağlı düşünüb-daşınandan sonra qərara gəldim ki, irqçilik və sayğısızlıqla qarşılaşdığım üçün Almaniya yığmasını tərk etməliyəm. Almaniya yığmasının futbolkasında qürurla oynayırdım. İndisə artıq o hiss yoxdur", - Özil yazıb.

Üç səhifəlik açıqlamasında futbolçu bildirir ki, Almaniya yığmasının heyətində oynadığı 10 ildə əldə etdiyi uğurlar unudulub.

"DVB-nin rəhbərliyi mənə belə yanaşırsa, Türkiyə əsilli olmağıma sayğı bəsləmirlərsə və siyasi təbliğatın alətinə çevirirlərsə, dayanmaq zamanıdır. Qalib gələndə almaniyalı, uduzanda murdar türk köçkün oluram", - Özil yazıb.

Bu ilin mayında Məsut Özil Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə foto çəkdirəndən sonra Almaniyada sərt tənqidlərə məruz qalmışdı. DFB rəhbəri Raynhard Qrindel onun belə addımını "qətiyyətlə pisləmişdi".

Məsut Özil tək Almaniyada yox, bütün Avropa ölkələrində "əsl avropalı" olmayan futbolçulara irqçi, şovinist münasibətlə bağlı məqamları aşkarlayıb.

Almaniya demokratik, inkişaf etmiş ölkədir. Lakin elə həmin Almaniyada məişət səviyyəsində almanların "gəlmə"lərə, ölkədə doğulmuş müsəlmanlara münasibətləri irqçilik, nasizm həddindədir.

1news.az

Paylaş:
1517

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25
Bütün xəbərlər